Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çin Ukraynanı təhdid edib-SƏBƏB

Çin Ukraynanı yarım milyon peyvəndi verməməklə təhdid edib

 

Çin Ukraynanı bu ölkə üçün nəzərdə tutulan 500.000 dozadan çox koronavirus peyvənd tədarükünü dayandırmaqla hədələyib. Buna səbəb rəsmi Kiyevin uyğurların hüquqları ilə bağlı sənədə imza atmasıdır.

Yenixeber.org: Bu barədə “Associated Press” diplomatik mənbələrə istinadən məlumat verib. Agentliyin məlumatına görə, Ukrayna iyunun 22-si Cenevrədə İnsan Hüquqları Şurasının Çinin Sincan Uyğur Muxtar Bölgəsinə dərhal müstəqil müşahidəçi qəbul etməsinə çağıran bir sənəd imzalayıb. Kanadanın təklif etdiyi sənəd Ukraynadan əlavə 40-dan çox ölkə tərəfindən dəstəklənib.

Bundan sonra Pekin, Kiyevə, Ukraynanın sənədi dəstəkləməkdən imtina etməyəcəyi təqdirdə Çin səlahiyyətlilərinin ən az 500.000 doza COVID-19 peyvəndi tədarükünü əngəlləyəcəyi barədə xəbərdarlıq edib. Nəticədə, Kiyev cümə axşamı günü imzasını geri götürməli olub.

Agentliyin müəyyən etdiyi kimi, Ukrayna əvvəllər Çinin “Sinovac Biotech” şirkəti ilə 1,9 milyon doza “CoronaVac” peyvəndi almaq barədə razılığa gəlmişdi. Səhiyyə naziri Maksim Stepanovun sözlərinə görə, may ayının əvvəlinə qədər Kiyevə 1,2 milyon doza peyvənd tədarük olunub.

Son vaxtlar Çinin Sintszyan-Uyğur əyalətindəki siyasəti Qərb ölkələri, insan haqları təşkilatları və KİV-lər tərəfindən kəskin şəkildə tənqid olunur. Aİ, ABŞ, Kanada və İngiltərə Çini uyğurların hüquqlarını pozmaqda, etnik azlıqlara zülm etməkdə və məcburi əməyə sövq etməkdə ittiham edərək Çinə qarşı sanksiyalar tətbiq edib. ABŞ Çinin uyğurlara qarşı siyasətini soyqırım kimi qəbul edilə biləcəyini açıqlayıb. Çin isə bütün ittihamları rədd edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam