Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hərbi qulluqçularımız Türkiyədəki komanda kursuna yola salınıb-FOTOLAR/VİDEO

 

Azərbaycanın hərbi qulluqçuları Türkiyədəki komanda kursuna yola salınıb

Azərbaycan ilə Türkiyə arasında mövcud olan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti qrupun qardaş ölkədə keçirilən komando kursuna yola salınması mərasimi keçirilib.

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hərbi qulluqçular qarşısında çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyətə Müdafiə nazirinin bayram təbriklərini çatdırıb. O, çıxışında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız qələbənin tarixi əhəmiyyətindən, döyüşlərdə göstərilən qəhrəmanlıq və igidlik nümunələrindən danışıb.
Müdafiə nazirinin müavini Azərbaycanla Türkiyə arasında mövcud olan hərbi əməkdaşlığın əhəmiyyətini qeyd edərək komanda kursuna yollanan heyətə uğurlar arzulayıb.
Sonra Vətən müharibəsi zamanı döyüşlərdə fərqlənmiş bir qrup hərbi qulluqçu və qaziyə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təltif edilmiş orden və medallar təqdim olunub.
Şəxsi heyət adından çıxış edənlər Azərbaycan dövlətinə, xalqına, Ali Baş Komandana və Hərbi anda daim sədiq qalacaqlarını, bundan sonra da qarşıya qoyulan vəzifələri, verilən əmr və tapşırıqları yerinə yetirməyə hər an hazır olacaqlarını bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam