Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan Ordusunun - kadr işləri üzrə heyətinin toplanışı keçirilib

 

Müdafiə nazirinin 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin ötən altı ayın yekunlarına həsr olunmuş təlim-metodiki toplanışı keçirilib.

Yenixeber.org: Müdafiə Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, tədbirdən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.

Toplanışda çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü və müasir ordu quruculuğu sahəsində gördüyü əvəzsiz xidmətləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatların davam etdirildiyini qeyd edən nazir müavini kadr orqanlarının ordunun mühüm xidmət sahələrindən biri olduğunu, Müdafiə naziri tərəfindən bu istiqamətə ciddi diqqət yetirildiyini və daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.

Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov çıxış edərək 2019-cu ilin birinci yarısında kadr orqanı işçilərinin təkmilləşdirilməsi üzrə görülmüş işlər və qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam