Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əli Əsədov -Ermənistan baş naziri müavininin iddialarına cavab verib

Əli Əsədov Ermənistan baş naziri müavininin iddialarına cavab verib

Mayın 28-də Minskdə Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib.

Yenixeber.org: Azərbaycanın Baş naziri Əli Əsədov iclasda iştirak edib.

Ə.Əsədov iclasın gündəliyinə aid məruzə ilə çıxış edib. O qeyd edib ki, sosial-iqtisadi və humanitar sahələrdə qarşılıqlı əlaqələrin möhkəmlənməsi bundan sonra da MDB məkanında əməkdaşlığın hərtərəfli inkişafına şərait yaradacaq. Baş nazir Azərbaycanda konoravuris infeksiyasının yayılmasının qarşısını almaq və pandemiyanın iqtisadiyyata mənfi təsirini aradan qaldırmaq üçün görülən təxirəsalınmaz tədbirlər barədə məlumat verib.

Ə.Əsədov Şura üzvlərinin diqqətini Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi ilə əlaqədar Cənubi Qafqazda yaranmış yeni geoiqtisadi reallığa cəlb edib. Qeyd olunub ki, nəqliyyat yollarının açılması və kommunikasiya arteriyaları şəbəkəsinin yaradılması Cənubi Qafqazın nəqliyyat və iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq, həm regionda, həm də bütün Birlik məkanında inkişaf üçün böyük perspektivlər yaradacaq.

Azərbaycanın Baş nazirindən sonra Ermənistanın baş naziri müavinin səlahiyyətlərini icra edən Mqer Qriqoryan çıxış edib. O, Azərbaycan Respublikasına əsassız hücumlar edib, ölkəmizi guya Ermənistanın ərazi bütövlüyünü və suverenliyini pozmaqda, hərbi əsirləri saxlamaqda və mayın 27-də altı nəfər erməni hərbi qulluqçusunu əsir götürməkdə ittiham edib.

Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının sədrinə müraciət edərək erməni tərəfin yalan və böhtanla dolu ittihamlarına cavab verib. Əli Əsədov hələ 2020-ci il noyabrın 6-da MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında keçirilmiş iclasındakı çıxışında Azərbaycanın heç vaxt başqasının bircə qarış belə torpağına iddia etmədiyini bildirməsini xatırladıb. Azərbaycanın Baş naziri deyib: “Bu gün həmin tezisi bir daha təsdiq edə bilərəm. Biz Ermənistan Respublikasının bircə qarış belə torpağına iddia etmirik, lakin özümüzün də bircə qarış belə torpağımızı heç kəsə verməyəcəyik. Bu, bizim prinsipial mövqeyimizdir”.

Qeyd edilib ki, Azərbaycan 2020-ci il noyabrın 20-də, yəni Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına əsasən hərbi əməliyyatlar dayandırılandan sonra əllərində silah olduğu halda Azərbaycan ərazisinə keçmiş və dörd nəfəri, o cümlədən üç dinc sakini qətlə yetirmiş erməni hərbçilərini hərbi əsir hesab etmir.

Baş nazir mayın 27-də baş vermiş insidentə toxunaraq bildirib ki, Ermənistandan olan bir qrup silahlı şəxs Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərib, nəticədə altı nəfər erməni hərbçisi tərksilah edilib və əsir götürülüb. Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinə müraciətlə deyib: “Hörmətli həmkarlar, mənim Ermənistanın baş naziri səlahiyyətlərini icra edən şəxsə və Sizə sualım var: Ermənistan hərbçilərinin mayın 27-də gecə saat 3-də Azərbaycan Respublikası Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində nə işləri vardı? Onlar bizim ərazini niyə minalayırdılar?”.

Azərbaycanın Baş naziri xüsusi vurğulayıb ki, Azərbaycan tərəfi insident baş verən ərazi barədə bütün məlumatlara, o cümlədən həmin yerin coğrafi koordinatlarına (en və uzunluq dairələri, saniyə dəqiqliyi ilə) malikdir. Ə.Əsədov iclas iştirakçılarının diqqətini Ermənistanın baş naziri səlahiyyətlərini icra edən şəxsin və bu ölkənin baş qərargah rəisinin müavininin insident barədə bəyanatlarındakı ciddi uyğunsuzluqlara cəlb edib. Qeyd edilib ki, Ermənistan bu məsələni hər vasitə ilə beynəlmiləlləşdirməyə cəhd edir və həmişəki kimi, başqa ölkələri bu məsələyə cəlb etməyə çalışır.

Qeyd olunub ki, Azərbaycan müstəqillik əldə edəndən sonra həmhüdud dövlətlərlə, o cümlədən Rusiya, İran və Gürcüstanla sərhədlərinin beynəlxalq hüquq normalarına uyğun şəkildə delimitasiya və demarkasiyasını həyata keçirib. Baş nazir deyib: “Ermənistan ilə sərhədin delimitasiya və demarkasiyasını həyata keçirmək isə mümkün deyildi, çünki Azərbaycan Respublikasının ərazisinin bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi”.

Bildirilib ki, indi, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan öz sərhəd infrastrukturunu müəyyən etməyə başlayıb və Ermənistan ilə sərhəd xətləri məsələsini konstruktiv şəkildə həll etməyə tam hazırdır.

Ə.Əsədov deyib ki, bununla əlaqədar Azərbaycan Rusiya tərəfinin Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiya yaradılması təklifini dəstəkləyib. Qeyd edilib ki, sərhəd xətlərinin müəyyən edilməsi texniki prosesdir və bu prosesin ciddi beynəlxalq hüquqi əsası olmalıdır.

Baş nazir bildirib ki, Azərbaycan regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, o cümlədən münaqişədən sonrakı vəziyyətin normallaşdırılması prosesinə və bütün fikir ayrılıqlarının 2020-ci il 9/10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların müddəalarının vicdanla yerinə yetirilməsi kontekstində diplomatik vasitələrlə həll edilməsinə tərəfdardır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam