Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Minskdə -MDB Hökumət Başçıları Şurasının iclası keçirilib

Minskdə MDB Hökumət Başçıları Şurasının iclası keçirilib

Mayın 28-də Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib.

Yenixeber.org: MDB İcraiyə Komitəsinin rəsmi saytı xəbər verir ki, iclasa Belarus Respublikasının baş naziri Roman Qolovçenko sədrlik edib.

Ukraynadan başqa, bütün MDB ölkələrindən nümayəndə heyətləri iclasda iştirak edib. Azərbaycanı iclasda Baş nazir Əli Əsədov təmsil edib.

İclasda nümayəndə heyətlərinin rəhbərləri MDB ölkələrində və dünyada epidemioloji vəziyyət nəzərə alınmaqla MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri barədə fikir mübadiləsi aparıblar. İclasda həmçinin hesabatlar dinlənilib.

Görüş zamanı bir sıra sənədlər müzakirə olunmadan nümayəndə heyətlərinin rəhbərləri tərəfindən imzalanıb. Bunlar, xüsusən, saxta ticarət nişanları və coğrafi göstəricilərin istifadəsinin qarşısının alınması, dabaq xəstəliyinin profilaktikası və onunla mübarizə, həmçinin geodeziya, kartoqrafiya, kadastr və Yer kürəsinin məsafədən zondlama sahələrində qarşılıqlı əlaqəni tənzimləyən sənədlərdir.

İclasda MDB üzv ölkələrində dövlət maddi ehtiyatlarını idarə edən dövlət hakimiyyəti (icra hakimiyyəti) orqanlarının 2030-cu ilədək Əməkdaşlıq Konsepsiyası və onun icrasına dair Əsas Tədbirlər Planı təsdiq edilib.

İclasda, həmçinin Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasına silahlı qüvvələrin zabitlərinin əməliyyat-strateji hazırlığı sahəsində MDB üzv dövlətlərinin əsas təşkilatı statusunun verilməsi barədə qərar imzalanıb.

Hökumət başçıları, həmçinin kadr təyinatları ilə bağlı qərarlar imzalayıblar. Belə ki, Leonid Anfimov MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini, Beketjan Jumaxanov, İlxom Nematov və Denis Trefilov MDB İcraiyyə Komitəsi sədrinin müavinləri təyin edilib.

Vladimir Sokolin bir il müddətinə MDB Dövlətlərarası Statistika Komitəsinin sədri vəzifəsinə təsdiq edilib.

Qırğız Respublikasının təklifi ilə MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 12 noyabr 2021-ci il tarixində Bişkek şəhərində keçirilməsinə qərar verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam