Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əli Əsədova Rusiyada Fəxri doktor adı verildi - FOTOLAR

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 20-də G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetində olub.
Yenixeber.org: Ulu öndər Heydər Əliyevin 1970-ci illərdə gənclər və təhsil siyasətinin tərkib hissəsi kimi yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərindəki ali təhsil müəssisələrində təhsil alıb Azərbaycana qayıdaraq müxtəlif sahələrdə çalışırlar.

Baş nazir Əli Əsədov Ulu Öndərin təhsil almaq üçün ölkə xaricinə göndərdiyi gənclərdən biri olub və 1974-1978-ci illərdə Moskva Xalq Təsərrüfatı İnstitutu, hazırda isə Rusiya İqtisadiyyat Universiteti adlanan bu ali məktəbdə təhsil alıb.

Baş nazir Əli Əsədov Elmi Şurada çıxış edib və ulu öndər Heydər Əliyevin müstəqillik dövründə apardığı iqtisadi islahatların mahiyyəti və hədəfləri haqqında danışıb, hərtərəfli düşünülmüş neft strategiyasının bugünkü müsbət nəticələrini qeyd edib.



Baş nazir Prezident İlham Əliyevin bazar iqtisadiyyatı istiqamətində apardığı islahatlar, müasir tələblərə cavab verən enerji siyasətinin əsas prinsipləri və perspektivləri, investisiya mühiti barədə məlumat verib, iqtisadi və enerji siyasətinin qənaətbəxş sosial nəticələri haqqında danışıb, son illərdə Azərbaycanın yüksək beynəlxalq reytinqlər qazandığını qeyd edib.

G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Elmi Şurasının qərarı ilə Baş nazir Əli Əsədova Fəxri doktor adı verilib və bugünkü tədbirdə doktorluq mantiyası ona təqdim olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam