Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bayraktar” terrorçuları məhv etdi - Türkiyədə əməliyyat

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkə daxilində davam etdirdiyi antiterror əməliyyatları nəticəsində daha altı terrorçu zərərsizləşdirilib.
Yenixeber.org: Bu barədə daxili işlər naziri Süleyman Soylu sosial şəbəkə hesabında paylaşım edib. Əməliyyatlara cəlb olunan pilotsuz uçuş aparatlarının və helikopterlərin fəaliyyətini yüksək qiymətləndirən nazir yazıb: “Altı terrorçu zərərsizləşdirilib. Mardinin Nusaybin Dibek bölgəsindəki qəhrəmanlarımıza dua edək”.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin ayrı-ayrı qurumlarının İHA və SİHA aparatları ilə təmin edilməsi terrorizmlə mübarizədə yeni imkanlar yaradıb.

"Anadolu" agentliyinin məlumatına görə, bu günlərdə DİN-ə yeni “Bayraktar TB2” pilotsuz uçuş aparatları verilib. Bu barədə Türkiyə Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Müdafiə Sənayesi İstehsalat Birliyinin rəhbəri İsmail Demir məlumat verib. İHA və SİHA aparatları, ilk növbədə, terrorçuların gizləndikləri məkanları, sığınacaq və mağaraların yerini müəyyən edir ki, bu da dəqiq zərbələrin vurulmasını təmin edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam