Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Azərbaycan bu təyyarələrdən Qarabağda yararlana bilər -Polkovnik

“Hazırda Azərbaycan ordusuna silah satmaq istəyən bir neçə dövlətin müraciəti gündəmdədir”.
Yenixeber.org: Bunu Azərbaycanın Türkiyədən alacağı gözlənən “Bayraktar TB2” silahlı pilotsuz uçan aparatlar haqqında danışarkən ehtiyyatda olan polkovnik Şair Ramaldanov deyib. O qeyd edib ki, Türkiyənin istehsalına başladığı yeni nəsil uçuş aparatları antiterror əməliyyatlarında uğurla sınaqdan keçirilib:
“Azərbaycan Türkiyə ilə bərabər, İsrail və digər ölkələrdən də pilotsuz uçuş aparatları alır. Bu aparataların perspektivi genişdir. Hər hansı hədəfi dəqiqliklə vura, müxtəlif çətinliklərdə əməliyyatları yerinə yetirə bilir. Hazırkı vəziyyətdə təyyarədən daha ucuz başa gələn, buna baxmayaraq daha çox funksiyanı yerinə yetirə bilən aparatlardır.
Azərbaycan ordusunun gələcəkdə Dağlıq Qarabağda kəskin iqlim dəyişikliyinin müşahidə olunduğu meşə və dağlıq ərazilərdə bu aparatların imkanlarından yararlana bilər. Hazırda hər kəs bilir ki, işğal altında olan torpaqlarımızın qaytarılması üçün güc variantından başqa çıxış yolumuz yoxdur. Ona görə, cəmiyyət də, ordu da hər zaman müharibəyə hazır dayanıb. Qardaş ölkədən alacağımız keyfiyyətli və müasir pilotsuz uçan aparatları anti-terror əməliyyatlarında səmərəli istifadə edə biləcəyik”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam