Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Türkiyə Liviyanın ərazi bütövlüyü və suverenliyinə önəm verir”-"Liviyaya dəstəyimizi davam etdirəcəyik”"

“Səfərimizin məqsədi Liviyaya dəstəyimizi daha da artırmaq, strateji ortaqlığımızı inkişaf etdirmək və ikitərəfli əlaqələrimizi genişləndirməkdir”.

Yenixeber.org: Bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviya Milli Hökumətinin xarici işlər naziri Necla el-Menquşla keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Liviya Milli Hökumətinin Baş naziri Abdulhəmid Dubeybe və həmkarı Necla el-Menquşla Şərqi Aralıq dənizi, Liviya ilə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində danışıqlar aparıb.

Onun sözlərinə görə, keçirdiyi görüşlərdə türkiyəli iş adamlarının Liviyada fəaliyyətini bərpasına dair fikir mübadiləsi aparılıb.

XİN başçısı bu il ərzində Liviya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasını keçirməyi planlaşdırdıqlarını da vurğulayıb: “Liviyada olmaqdan böyük məmnuniyyət duyuruq. Liviya ilə tarixi və mədəni əlaqələrimizin tarixi çox qədimdir. Türkiyə olaraq Liviyanın ərazi bütövlüyü, suverenliyi və siyasi birliyinə önəm veririk. Liviyada daimi sülh və rifah üçün səylərimizi əsirgəmirik. Tripoliyə hücumlar qarşısında Liviyanın çağırışlarına sadəcə Türkiyə müsbət cavab vermişdi. Təhlükəsizlik və əməkdaşlıq çərçivəsində Liviyaya dəstəyimiz ölkədəki vətəndaş müharibəsinin, qardaş qırğının qarşısını aldı. Türkiyə Liviyaya dəstəyini davam etdirəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam