Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ərdoğan Liviyanın ərazi bütölüyünü qoruyacaq -Həftar Qahirəyə üz tutur

 

 Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan dünən Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınmış Liviya Milli Razılıq hökumətinin (LMRH) Baş naziri Faiz Səracı Ankarada qəbul edib.

Yenixeber.org: Danışıqların gündəliyinə «qeyri-qanuni silahlı birləşmələrə qarşı uğurlu əməliyyatların fonunda» Liviyadakı vəziyyətin müzakirəsi daxildir («Anadolu»). Qeyri-qanuni silahlı birləşmələr adı altında Xəlifə Həftarın komandanlıq etdiyi Liviya Milli Ordusu (LMO) nəzərdə tutulur.

«Anadolu» agentliyi qeyd edir ki, Liviyada qanuni hökumətin devrilməsi və Liviya paytaxtının ələ keçirilməsi cəhdləri Tripoli və Ankara arasındakı əməkdaşlığın sayəsində uğursuzluğa düçar olub.

Türkiyə paytaxtındakı rəsmi mənbələrdən Röyter agentliyinə məlum olub ki, Ərdoğan və Sərac Liviyada atəşin dayandırılması rejiminin tətbiqi imkanlarını müzakirə edirlər , «nədən ki, müttəfiqlər uğuru döyüş meydanında qeydə almağa can atırlar - o cümlədən, Həftarın ordusunun Tripolidən sıxışdırılmasını».

Yüksək çinli Türkiyə məmuru bəyan edib ki, Liviya Razılıq Hökumətinin bu yaxınlardakı hərbi uğuru «həlledici əhəmiyyət kəsb edir» və Türkiyə «Liviyanın döyüşən tərəflər arasında bölünməsi barədə istənilən təklifi rədd edəcək».

«Nəzarət altında saxladığımız ərazi (MRH-nin nəzarəti altında olan ərazlər - Tripoli də daxil, ölkənin şimal və qərb hissəsi - Red.) danışıq masası arxasında bizim mövqeyimizi möhkəmlədir» - Britaniya agentliyinin həmsöhbəti bildirib və əlavə edib ki, Türkiyə və Liviya MRH-nin başçısı «strategiyanı yerində müzakirə edəcəklər».

Ankaraya gəlməzdən əvvəl Sərac öz «çapar»larını Moskvaya göndərib. Xəbər verildiyi kimi, bu ərəfədə orada Rusiya xarici işlər naziri Sergey Lavrovla Liviya MRH-nin Baş nazir müavini Əhməd Matik arasında danışıq baş tutub.

Bu arada Səracla birbaşa danışıq aparmaqdan imtina edən marşal Həftarın özü qonşu Misirə yollanıb və orada bu ərəb dövlətinin hərbi-siyasi rəhbərliyi ilə danışıq aparmaq niyyətindədir.

Digər türkiyəli məmurun sözlərinə görə, Liviya böhranı «kritik səviyyəyə» çatıb və Həftar danışıqların vacibliyini etiraf edib. «Fəaliyyətdə olan digər şəxslər də yerlərdə münaqişənin siyasi tənzimlənməsinə pozitiv töhfə verməlidirlər və biz, inanırıq ki, onlar bunu edəcəklər» - deyə, o, qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam