Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Keçmiş məmur Paşinyanı məhkəməyə verdi

 Ermənistanın təbiəti mühafizə və təbii ehtiyatlar üzrə təftiş orqanının rəis müavini İqor Sarkisyan baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

Yenixeber.org:  “Rusarminfo” bildirir ki, bu barədə “Dataleks” məhkəmə-informasiya sistemi məlumat verib.

Bildirilib ki, Sarkisyan işdən çıxarılması barədə baş nazirin qərarının etibarsız sayılmasını tələb edib. Bununla da keçmiş məmur vəzifəsinə bərpa olunmağı istəyir.

Məlumata görə, Nikol Paşinyan oktyabrın 23-də Sarkisyanı tutduğu vəzifədən azad edib. Onunla birlikdə qurumun digər rəis müavini Armen Akopyan da tutduğu vəzifədən uzaqlaşdırılıb. İqor Sarkisyanın işdən azad edilməsi ilə bağlı rəsmi məlumat yayılmayıb. Ancaq KİV-in araşdırmasına əsasən, onun işdən uzaqlaşdırılması Ermənistandakı Amulsar qızıl yatağı ilə bağlı mövcud problemlə bağlıdır.

Bir müddət əvvəl Nikol Paşinyan baş müşavirləri Arsen Qasparyan və Aram Qaribyan, eləcə də müşaviri Mqer Saakyanı da vəzifədən azad edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam