Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Daha 827 növ dərman ucuzlaşdı

 

 

Tarif Şurasının növbəti iclası keçirilib.

"Xeberinfo.com":   İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Tarif (qiymət) Şurasının 2015-ci il 28 oktyabr tarixində keçirilmiş növbəti iclasında daha 827 dərman vasitəsinin qiyməti təsdiqlənib. Ümumilikdə, indiyədək Şura tərəfindən 3010 dərman vasitəsinin qiyməti tənzimlənib ki, bunlardan 1151 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır.

Qiymətləri təsdiqlənmiş digər 1110 dərman vasitəsinin qiyməti 1 dekabr tarixindən, 749 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcək.

Beləliklə, indiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 50%-nin qiyməti 2 dəfədən çox, 26%-nin qiyməti 3 dəfədən çox aşağı salınmış, ümumilkdə 96%-nin qiymətləri endirilib.

Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Qərarlar və dərman vasitələrinin siyahıları Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın Qərarları" və "Dərman vasitələri" bölmələrində yerləşdirilib. Tarif (qiymət) Şurasının bu gün keçirilmiş iclasında həmçinin, malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətlərinin tariflərinə yenidən baxılmış və müvafiq qərarlar qəbul olunub.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, rəqabət qabiliyyətli məhsul istehsalının artırılması və ixracın stimullaşdırılması barədə verdiyi tapşırıqların icrası çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Kollegiya iclasında qəbul edilmiş qərara əsasən, Nazirliyin tabeliyində olan "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin müraciətinə baxılmış və qeyri-neft məhsullarının ixracı zamanı malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi xidmətlərinin tarifləri orta hesabla 30% aşağı salınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam