Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirlikdən dərmanlarla bağlı açıqlama

 

“Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən sonra qiymətlərin aşağı düşməsinin keyfiyyətə təsir göstərəcəyi ilə bağlı yayılan fikirlər əsassızdır”.
"Xeberinfo.com":   Məlumata görə, bunu APA-ya Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.
 
O bildirib ki, qiymətləri tənzimlənən dərman vasitələrinin hamısı dövlət qeydiyyatına alınıb: “Dərman vasitəsi dövlət qeydiyyatına alınan, qeydiyyat prosedurundan keçən zaman müxtəlif ekspertizalardan keçirilir. Yəni onun keyfiyyət parametrləri, təhlükəsizlik parametrləri təsdiqləndikdən sonra dövlət qeydiyyatına alınır. Dərmanın qiymətinin yuxarı və aşağı olması onun keyfiyyətinin yuxarı və aşağı olması demək deyil. Bu səhv fikirdir”.
 
P. Əzizbəyov qeyd edib ki, bu gün eyni təsiredici maddə üzrə tərkibi eyni olan, müxtəlif ölkələrdə müxtəlif istehsalçılar tərəfindən istehsal olunan və qiymətləri müxtəlif olan dövlət qeydiyyatına alınmış dərman vasitələri var: “Bu o demək deyil ki, hansı dərmanın qiyməti aşağıdırsa, onun keyfiyyəti aşağı, yaxud da dərmanın qiyməti yüksəkdirsə, onun keyfiyyəti yüksəkdir. Keyfiyyətin təminatçısı, əsas parametri dövlət qeydiyyatı, qeydiyyat vəsiqəsidir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam