Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Həştərxan şəhərində “Xəzər mükafatı - 2015” tədbiri keçirilib

 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən Rusiyada və dünyanın bir çox ölkələrində müxtəlif səpgidə mədəni-kütləvi tədbirlər uğurla həyata keçirilir

 

"Xeberinfo.com":   Qeyd olunan tədbirlər çərçivəsində RAGT-in Həştərxan bölməsi növbəti addımı ataraq, Həştərxan şəhərində 17 aprel 2015-ci il tarixində Həştərxan şəhəri Administrasiyası ilə birgə “Xəzər mükafatı - 2015” mükafatının təqdim etmə mərasimini keçirmişdir.
Tədbirin keçirilməsinin məqsəd və məramı Həştərxan vilayətində mətbuat, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələrinin sahələri üzrə fərqlənmiş şəxslərə mükafatların təqdim edilməsi, həmçinin gənclər arasında düzgün və sağlam həyat tərzinin təbliğatı ilə bağlı olmuşdur.
Tədbirdən öncə dövlət və hökumət rəsmiləri, mükafata layiq görülən namizədlər və mərasim iştirakçıları Həştərxan şəhərinin mərkəzindəki Ümummilli lider Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsi önünə toplaşaraq onun əziz xatirəsini yad etmiş, abidə önünə gül-çiçək dəstələri qoymuşlar. Heydər Əliyev parkının yaxınlığında yerləşən “DAİR” istirahət mərkəzində baş tutmuş təltifetmə mərasiminə Həştərxan vilayəti və şəhəri Administrasiyalarının rəhbərləri, RAGT-in sədri və üzvləri,  Həştərxan vilayətinin fəal tələbə gəncləri qatılmışlar. Eləcə də bu tədbirdə Azərbaycan Respublikasından dəvət olunmuş qonaqlar, Nərimanov Rayon İcra hakimiyyətinin nümayəndələri, “haqqin.az” saytının baş redaktoru E.Fətullayev və müğənni E.Babazadə də iştirak etmişdir.
Musiqi ilə müşayiət olunan tədbirdə müxtəlif nominasiyalar üzrə mükafat və hədiyyələr qalib çıxmış şəxslərə təqdim edilmiş, Azərbaycandan bu mükafata müğənni Elvin Babazadə layiq görülmüşdür.  
Müxtəlif nominasiyalar üzrə mükafatları Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri D.Afanasyev, Həştərxan şəhər Dumasının sədri Y.Semeonova, şəhər Administrasiyasının başçısı O.Polumordvinov, Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ə.Hüseynov, “haqqin.az” saytının baş redaktoru E.Fətullayev təqdim etmişlər. 
Yüksək səviyyədə keçirilmiş, şəhər sakinlərinin böyük maraq və sevinclə izlədiyi bu tədbir öz rəngarəngliyi ilə hələ uzun müddət onların xatirələrindənsilinməyəcəkdir.  

 

     
     

     
     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam