Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qafanda sakinlər etiraza qalxdı -Paşinyanın istefası tələb olunur

Qafanda sakinlər etiraza qalxdı:  Paşinyanın istefası tələb olunur
Ermənistanın Qafan şəhərində silahlı qüvvələrə dəstək, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilib.
Yenixeber.org: Erməni KİV-nin verdiyi məlumata görə, Qafan icmasının rəhbəri Qevorq Parsyan mitinqdə çıxışı zamanı bildirib ki, Paşinyan hər gün gülünc açıqlamalar verir.

Onun fikrincə, baş nazir “İsgəndər” açıqlaması isə Rusiya ilə münasibətləri korladı, Silahlı Qüvvələrin Baş Qərargahında problemlər yaratdı: "Bu, siyasi qüvvə ölkəni dərin böhrana və xaosa sürükləyir. Dövlət idarəetmə sistemi işləmir və bu, bizi məhvə aparır".

Qevorq Parsyan əlavə edib ki, ölkənin sabitliyə və səmərəli işləyən bir dövlət sisteminə ehtiyacı var, bu isə baş nazir və komandasının istefası halında ola bilər. Parsyan, erkən seçkilərin keçirilməli olduğunu deyib.

Daha sonra mitinq iştirakçıları şəhərin küçələrində yürüşə başlayıblar.

Xatırladaq ki, hazırda Ermənistan müxalifəti paytaxt İrəvanda da mitinq keçirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam