Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Şuşadakı mərasimdə Ərdoğan və Baxçalı da iştirak edəcək” -Türkiyəli memar

“Şuşadakı mərasimdə Ərdoğan və Baxçalı da iştirak edəcək” -  Türkiyəli memar
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı və Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən Şuşada inşa ediləcək məktəblə bağlı Azərbaycana gedən üç nəfərlik heyət geri dönüb. Heyətin Azərbaycana səfəri 6 gün davam edib. Onlar səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Prezidentin köməkçisi Hikmət Hacıyev və təhsil naziri Emin Əmrullayevlə görüşüblər.
Yenixeber.org: Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, məktəbin inşası layihəsində "Azadlıq çiçəyi" olan Xarıbülbül, Azərbaycan himnini bəstələyən Üzeyir Hacıbəyli, Osmanlı və Səlcuq dövlətlərinin motivləri də yer alacaq.

Layihənin memarı Yusif Ziya Günaydın bildirib ki, məktəbin tikiləcəyi yer bəlli olmasa da, Prezident İlham Əliyev ilə görüş zamanı Şuşada bunun üçün xüsusi yerin ayrılacağı qeyd edilib.



"Prezidentlə görüşümüz 1 saatdan artıq oldu. İlham Əliyev həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, həm də Dövlət Baxçalıya təşəkkür etdi. Prezident bildirdi ki, Şuşaya qardaş Ərdoğanla birlikdə gedəcəklər. Şuşa yolu tam təhvil verildikdən və hazırlıqlar bitdikdən sonra Şuşada məktəbin təməli Azərbaycan və Türkiyə Prezidentləri, MHP lideri Dövlət Baxçalının iştirakı ilə qoyulacaq", - deyə türkiyəli memar vurğulayıb.

Y.Z.Günaydın, həmçinin qeyd edib ki, məktəbin zirvəsində Azərbaycan və Türkiyə bayraqları dalğalanacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam