Redaktor seçimi
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Azərbaycanlı deputat ermənipərəst senatora niyə sponsorluq edib? – Məşhur Məmmədov-David Storobin DOSTLUĞUNUN PƏRDƏARXASI-
Saray qəsəbəsində Parket Fabrikinin tikintisinə necə icazə verilib?! –
Aygün Əliyeva “ölü QHT”ni dirildib, "özəlləşdirib" -
Gəncə Dövlət Universiteti ilə bağlı ŞOK FAKTLAR:
Günün xəbəri

Yeni Zelandiyada -parlamentin qapılarını balta ilə qıran şəxs saxlanılıb

Yeni Zelandiyada parlamentin qapılarını balta ilə qıran şəxs saxlanılıb

Yeni Zelandiya polisi balta ilə parlament binasına gələn və binanın şüşə qapılarını qıran şəxsi saxlayıb.

Yenixeber.org: Bu barədə “RİA Novosti” “New Zealand Herald”a məlumat verib.

Məlumata görə, polis parlament binasına küçədə bir nəfərin balta ilə gəzdiyi barədə informasiya aldıqdan sonra gəlib. O zamana qədər kişi parlamentin iki mərkəzi qapısındakı şüşəni qırmışdı, digərlərində isə zərbə əlamətləri görünürdü.

“Saxlanılan şəxs şüşə panellərə zərbələr vurub, lakin binaya daxil olmağa cəhd etməyib”, - polisdən bildirilib.

Nəşrin yazdığına görə, 31 yaşlı kişiyə qəsdən ziyan vurmaq və silah saxlamaq ittihamı irəli sürülüb. Müttəhim çərşənbə günü Vellinqtonda məhkəmə qarşısına çıxıb. Məhkəmə iclasından sonra hakim mətbuata bu adamın yanvar ayının sonuna qədər “təhlükəsiz quruma” köçürüldüyünü söyləyib. Hakim şübhəlinin iclasda psixi sağlamlığı ilə bağlı narahatlıqları təsdiqləyən ifadələr işlədiyini bildirib.

Qeyd edək ki, Yeni Zelandiya hazırda deputatlar “yay tətili”ndədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam