Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nərimanov sakinlərinin tibbi müayinədən keçirilməsi davam etdirilir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə cari ilin fevral ayının 1-dən mayın 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində rayon əhalisinin tibbi müayinəsinin təmin edilməsi davam etdirilir.

"Xeberinfo.com":  Bu gün Nərimanov rayonunda yerləşən 37 nömrəli şəhər poliklinikasında rayon əhalisinin növbəti tibbi müayinə prosesi keçirilib. Poliklinika sakinlərin tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün ən müasir avadanlıqlarla təchiz olunub.Burada xəstəxanaya gəlmək imkanları məhdud olan xəstələrin müayinəsi üçün xüsusi həkim briqadaları fəaliyyət göstərir.

Xəstəxananın baş həkimi Təranə Məmmədova 9000-ə yaxın sakinin xəstəxananın qeydiyyatında olduğunu və bu günə qədər 4300-dən çox vətəndaşın tibbi müayinədən keçdiyini, eyni zamanda xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi üçün həyata keçirilən tədbirlərin sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Ümumiyyətlə, tibbi müayinələr başlayandan etibarən rayon üzrə 57031 nəfərin müayinələrdən keçməsi təmin olunaraq, onlardan 43441 nəfərdə hər hansı bir xəstəlik aşkar edilməyib, 13296 nəfərə ambulator, 294 nəfərə isə stasionar müalicə təyin olunub.

 

Sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu nəcib aksiyanı yüksək dəyərləndirərək, onların hər zaman qeydinə qalan dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam