Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Nərimanovda əhalinin tibbi müayinədən keçirilməsi davam etdirilir

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə cari ilin fevral ayının 1-dən mayın 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində rayon əhalisinin tibbi müayinəsinin təmin edilməsi davam etdirilir.

"Xeberinfo.com":  Bu gün Nərimanov rayonunda yerləşən 18 nömrəli şəhər poliklinikasında rayon əhalisinin növbəti tibbi müayinə prosesi keçirilib. Poliklinika sakinlərin tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün ən müasir avadanlıqlarla təchiz olunub.Burada xəstəxanaya gəlmək imkanları məhdud olan xəstələrin müayinəsi üçün xüsusi həkim briqadaları fəaliyyət göstərir.

Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova poliklinikanın tibbi personalı və müayinəyə gələn vətəndaşlarla səmimi söhbət edib, onların problemləri ilə maraqlanıb, həmçinin müayinə ilə bağlı yaranan bu və ya digər suallarını cavablandırıb. İcra başçısının müavini eyni zamanda,  müayinənin təşkili barədə ətraflı məlumat verib.

Xəstəxananın baş həkimi Şəhla Məmmədova xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi üçün həyata keçirilən tədbirlərin sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb etdiyini bildirib. Baş həkim 12900-ə yaxın sakinin xəstəxananın qeydiyyatında olduğunu və bu günə qədər 9000-dən çox vətəndaşın tibbi müayinədən keçdiyini, 3600 nəfərə ambulator, 15 nəfərə isə stasionar müalicə təyin olunub.

Ümumiyyətlə, tibbi müayinələr başlayandan etibarən rayon üzrə 80855 nəfərin müayinələrdən keçməsi təmin olunaraq, onlardan 60077 nəfərdə hər hansı bir xəstəlik aşkar edilməyib, 20522 nəfərə ambulator, 256 nəfərə isə stasionar müalicə təyin olunub.

 

Sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu nəcib aksiyanı yüksək dəyərləndirərək, onların hər zaman qeydinə qalan dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam