Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Ceyhun Bayramov İranda daha bir görüş keçirib-FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf ilə görüşü olub.
Yenixeber.org: İslam Şurası Məclisinin sədri Azərbaycan ərazilərinin azad edilməsini sülh və davamlı təhlükəsizliyin həyata keçirilməsi istiqamətində vacib addım adlandırdı. O, İran və Azərbaycan arasında hərtərəfli əməkdaşlıq səviyyəsinin artırılmasının əhəmiyyətini qeyd edərək, bunun üçün mövcud müxtəlif potensiallardan istifadə olunmasının önəmini vurğulayıb.

İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, mədəni və digər əməkdaşlıq səviyyələrinin, habelə sərhədlərarası əməkdaşlığın artırılmasından bəhs edib.
Nazir Ceyhun Bayramov İranın nüvə aliminin terror nəticəsində qətlə yetirilməsi ilə bağlı başsağlığı verib. O, Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini pislədiyini qeyd edib və bu terror aktının qəbuledilməz olduğunu bildirib.


Nazir Azərbaycanın 44 gün davam edən Vətən müharibəsindən bəhs edərək, İran İslam Respublikasının yüksək səviyyəli nümayəndələrinin, o cümlədən İran İslam İnqilabı Ali Rəhbərinin, Prezidentin, eləcə də deputatların dəstək mövqelərini məmnunluqla vurğulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam