Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Azərbaycanda iş rejimi dəyişdirildi

 

Nazirlər Kabineti Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakıda iş vaxtı rejiminin dəyişdirilməsi barədə sərəncam verib

"Xeberinfo.com":   Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, sərəncamda qeyd edilir ki, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlannın keçirilməsi ilə əlaqədar Nəqliyyat vasitəlarinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamasaçıların ictimai nəqliyyat sisteminin (metro vo avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədi ilə 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalısan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi aşağıda göstərildiyi kimi pilləli şəkildə təşkil edilməlidir:
- iscilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək;
- işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək;
- işçilərin 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək;
- işçilərin 25 faizi üçün saat 9:30-dan saat 18:30-dək;
Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlanda çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin göstərildiyi kimi pilləli şəkildə təşkili tövsiyə edilir:
- işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dak;
- işçilərin 50 faizi üçün saat 8:30-dan saat 17:30-dək.
Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 oktyabr tarixli 342s nömrəli sərəncamının 2-ci hissəsində "iyunun 10-dan 30-dək" sözləri "mayın 1 -dən iyulun 1 -dək" sözləri ilə əvəz edilir.
Gənclər və İdman Nazirliyi, Nəqliyyat Nazirliyi. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, bu sərancamda nəzərdə tutulmuş tədbirlərlə bağlı əhalinin 2015-ci il aprelin 1-dən etibarən kütləvi informasiya vasitələri ilə məlumatlandırılmanı təmin etsinlər. Eləcədə, Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində avtonəqliyyat vasitələrinin qeyri-qanuni parklanma hallarının aradan qaldırılması üçün 2015-ci il aprelin 1-dən etibarən kütləvi informasiya vasitələri ilə ictimai təbliğat və məlumatlandırma işlərinin aparılmasını təmin etməlidirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam