Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistan yolayrıcında: -Yeni baş nazir kim olsun?

 

Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir. Müxalifət hesab edir ki, 44 günlük döyüşləri uduzan, Ermənistanı ağır siyasi, sosial, iqtisadi və hərbi vəziyyətə salan baş nazir və hökumətin bundan sonra dövləti idarə etməyə haqqı çatmır.

Yenixeber.org: Odur ki “Ermənistan cəmiyyətini düşdükləri və uzun illərdir çıxa bilmədikləri bataqlıqdan kim və hansı qüvvə çıxara bilər” sualı təbii olaraq düşündürür. Müstəqillik əldə etdikdən sonra Ermənistanın başı Qarabağla bağlı boş-boş vədlərə və xülyalara qarışdı. Dövlət və cəmiyyət ələbaxan oldu.

Əslində, cəmiyyətin müəyyən hissəsi 2018-ci ilin aprelində baş verən hakimiyyət dəyişikliyinə inanmışdı. Ancaq bu inamın da ömrü noyabrın 9-dək sürdü. Qərbin dəstəklədiyi Nikol Paşinyanın başçılıq etdiyi siyasi qüvvə ümidləri doğrultmadı. Azərbaycan torpaqlarını danışıqlar yolu ilə həll etməkdənsə, müharibəyə girişdi. Nəticədə həm özü, həm dövləti, həm də ermənilik adlı faşist ideologiyası uduzdu. Başqa sözlə, Ermənistanda Qərb partiyası məğlub oldu. İndi və Ermənistan üçün ənənəvi olaraq gözlər Şimaldadır. Ona görə də Ermənistanda indi də Rusiyanı razı salacaq hökumətin qurulacağı gözlənilir.

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən 17 siyasi partiyanın nümayəndələri bu posta yeni namizəd irəli sürmək üçün Rusiya elitasının təmsilçiləri ilə fəal şəkildə müzakirə aparırlar. Ermənistanda çıxan “Joxovurd” qəzeti yazır: “Əldə etdiyimiz məlumata görə, 17 partiya əsasən Vazqen Manukyan, Artur Vanesyan və Qrant Baqratyanın namizədliyini müzakirə edib. Bizim ekspertlər bu namizədlərdən Vazqen Manukyana daha çox üstünük verir. Məlumatımıza əsasən, o, bu yaxınlarda öz namizədliyini müzakirə etmək üçün Moskvada səfərdə olub. Ancaq bu, gələcəkdə onun Ermənistana baş nazir olacağı demək deyil. O, yeni azad və ədalətli seçkilər keçirilənədək hökumətə müvəqqəti olaraq başçılıq edəcək. Başqa sözlə, Manukyan qısamüddətli baş nazir olacaq. Bu müddət ərzində baş nazir Nikol Paşinyanın tərəfdarlarının sayının artıb-azalması da müəyyənləşəcək. Biz Vazqen Manukyanla bu məsələ ətrafında danışmaq istədik. Ancaq o, müsahibə vermək istəmədiyini bildirdi”.

 

 

Vazqen Manukyan 1946-cı il fevralın 13-də anadan olub. Ermənistanın ilk baş naziri, 1992-1993-cü illərdə isə Ermınistanın müdafiə naziri olub. 1988-ci ilin fevralında ermənilərin yaratdığı “Qarabağ” Komitəsinin həmtəsisçisi və əlaqələndiricisi, həmin ilin iyunundan isə “Qarabağ” Komitəsinin əlaqələndiricisi olub.

Qrant Baqratyan 1958-ci il oktyabrın 18-də anadan olub. 1993-1996-cı illərdə Ermənistanın baş naziri vəzifəsində işləyib. Ermənistan parlamentinin üzvü olub. Rusiya Humanitar Akademiyasının akademikidir. İqtisadiyyatçıdır. “Azatutyun” Partiyasının sədridir. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam