Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İran XİN-dən təkzib: -"Ərazimizdən Ermənistana hərbi yük daşınmayıb"

İran Xarici İşlər Nazirliyinin sözçüsü İslam Respublikası ərazisindən Ermənistana silah və hərbi texnikanın tranziti ilə bağlı media iddialarını rədd edib.

Yenixeber.org: “Təsnim” agentliyi xəbər verir ki, Səid Xətibzadə bununla bağlı deyib: “Ölkəmizin ərazilərindən silah və sursatların ötürülməsi üçün heç bir şəkildə istifadə edilə bilməz”.

Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikası ərazisindən Ermənistana silah və hərbi texnikanın tranziti barədə bəzi KİV-lərin iddiaları ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən vurğulayıb: “İran İslam Respublikası ilə qonşu ölkələr arasında yük maşınları və adi mülki malların tranziti, həmişə olduğu kimi, olub və sözügedən yük maşınları yalnız bu çərçivədə hərəkət edirlər”.

Səid Xətibzadə əlavə edib: “İran İslam Respublikası mal və əmtəələrin ölkələrə köçürülməsi və tranziti prosesini yaxından izləmək və nəzarət etməklə yanaşı, silah və sursatların köçürülməsi üçün ölkəmizin ərazilərindən istifadə edilməsinə icazə vermir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam