Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Aleksey Navalnının yeri bilinmir

 

Almaniya hökuməti Rusiya müxalifətinin lideri Aleksey Navalnının qaldığı yerlə bağlı suala cavab verməyib.

Yenixeber.org: Bu barədə məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert A.Navalnının qısa müddətdə sağalmasını diləyib və Rusiyadan baş vermiş hadisəyə cavab verməsini istəyib.

O, sentyabrın 23-də keçirdiyi brifinqdə deyib: “Navalnının qaldığı yer, gələcək planları haqqında ondan və komandasından soruşmalısınız. Mən buna cavab vermirəm”.

A.Navalnının isə bu gün “Facebook”da özünün parkdakı şəkli ilə birgə paylaşım edərək reabilitasiyası barədə izləyicilərinə məlumat verib:

“Dünən neyropsixoloq gəlmişdi, ağlımı itirib-itirmədiyimlə bağlı test keçirirdi. Ondan soruşuram ki, sadəcə fiziki baxımdan deyil, həm də ağıl baxımdan bərpa olmaq üçün nə etmək lazımdır. Cavabını bəyəndim: çoxlu oxuyun, sosial şəbəkədə yazın. Videooyun oynayın. Gərək öyrənim, xəstəxanadan “PlayStation 5” üçün resept ala bilərəmmi”.

Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Rusiyanın Omsk şəhərində xəstəxanaya yerləşdirilib. Bir müddət sonra onu Almaniyaya aparıblar. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb. O, sentyabrın 23-də isə Almaniyanın “Şarite” klinikasından evə buraxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam