Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sürücülərin nəzərinə: -Vahid rüsum tətbiq ediləcək

 
Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə vahid rüsum tətbiq ediləcək.
Yenixeber.org: Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili bildirib.

Komitə sədri qeyd edib ki, məsələ ilə bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.

Onun sözlərinə görə, minik avtomobillərinin özgəninkiləşdirilməsi ilə bağlı dövlət rüsumu hər il Nazirlər Kabineti tərəfindən müəyyən olunur: "Layihəyə əsasən bu mexanizm ləğv olunur. Bu rüsum hər il deyil, qanunla birdəfəlik müəyyən olunacaq".

Qeyd edək ki, layihəyə əsasən, yaxın qohumlara - ər, arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar - bağışlanması halları istisna təşkil edir. Bu istisnadan başqa hallarda isə müvafiq məsələ üçün 10 manat rüsum tətbiq olunması gözlənilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam