Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bəzi avtomobil nömrələri üçün rüsum 500 manat artırılır

Bəzi avtomobil nömrələri üçün rüsum 500 manat artırılır
Azərbaycanda avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət rüsumu artırılır.
Yenixeber.org: Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliklə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1500 manatdan 2 min manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 2 min 500 manatdan 3 min manata qaldırılır.

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1000 manatdan 1500 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1500 manatdan 2 min manata, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 500 manatdan 1000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1000 manatdan 1500 manata qaldırılması təklif edilir.

Dövlət rüsumlarının Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə şəhərləri və Abşeronrayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.

Layihə Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar plenar iclasında müzakirəyə çıxarılacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam