Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Daşkəsən Filizsaflaşdırma” -ASC ləğv edildi

“Daşkəsən Filizsaflaşdırma” ASC ləğv edildi
Prezident İlham Əliyev “Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və “AzerGold” QSC-nin yaradılması haqqında” 11 fevral 2015-ci il və “Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamlarında dəyişikliklər edib.
Yenixeber.org: Dövlət başçısının bununla bağlı imzaladığı yeni sərəncama əsasən, “AzerGold”a ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.

Bundan başqa, sərəncama əsasən, Nazirlər Kabineti “Daşkəsən Filizsaflaşdırma” ASC-nin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam