Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“BIZ ONLARA GÖSTƏRƏRIK...” -Lukaşenko bu dəfə qonşu ölkəni hədələdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa Birliyi və qonşu Litvanın sanksiyalarla bağlı qərarına sərt reaksiya verib.

Yenixeber.org: Belarus mətbuatında prezidentin ölkədəki zavodların birinə səfəri zamanı xüsusilə Litvanın ünvanına səsləndirdiyi sərt açıqlamalar yer alıb.

Lukaşenki bildirib ki, Belarus qonşu ölkəyə qarşı cavab olaraq, müxtəlif sahələr, xüsusilə də nəqliyyat, yükdaşımaları, aviasiya və s. istiqamətlər üzrə sanksiyalar tətbiq edəcək: “Biz onlara göstərərik sanksiya nə deməkdir. Əgər onlar əvvəl Çinə və Rusiyaya bizim üzərimizdən gedirdilərsə, ticarət edirdilərsə, indi Qara dəniz və Baltik dənizi üzərindən uçub gedərlər.”

Bununla da Belarus prezidenti hava və quru sərhədlərini Litva və Avropa Birliyi ölkələri üçün bağlayacaqlarının anonsunu verib.

Lukaşenko artıq Litva limanları üzərindən göndərilməli olan yüklərin başqa istiqamətlərə yönləndirilməsinə dair göstəriş verdiyini də bildirib: “Görək onlar(Litva-red.) indi necə yaşayacaqlar. Litva büdcəsinin 30 faizi bizim həmin ölkə ərazisindən keçən yükdaşımalarımız hesabına formalaşır. Daha nə istəyirlər? Biz onları öz yerlərinə oturdarıq.”

Belarus prezidenti Avropa ölkələrinin “Belarusun nə demək olduğunu unutduqlarını” söyləyib: “Düşünürdülər ki, tanklarla, raketlərlə bizi əyə, qorxuda bilərlər. Hələ baxarıq, kim kimi qorxudacaq...”

Xatırladaq ki, Litva məlum hadisələrlə bağlı Lukaşenkoya və yüzlərlə Belarus məmuruna qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

(azpolitika) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam