Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Mingəçevirdəki İES-in yenidənqurmadan sonra açılışını edəcəyik” - Prezident

“Mingəçevirdəki İES-in yenidənqurmadan sonra açılışını edəcəyik” -    Prezident
“Son illər Azərbaycanda energetika sahəsində çox böyük işlər görülüb, generasiya gücləri artırılıb, itirilmiş güclər bərpa edilib”.
Yenixeber.org: Bunu Prezident İlham Əliyev Bakının Xətai rayonunda “Azərenerji” ASC-nin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında deyib.

Dövlət başçısı bildirib ki, yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının (İES) da yenidənqurmadan sonra açılışını edəcəyik:

"Əslində, bu, yenidən tikilmiş 2 400 meqavat gücündə elektrik stansiyasıdır və yarımstansiyaların tikintisidir. Məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında 2-ci yerdədir. Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni, biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə, Ağcabədidə iki yarımstansiya açılıbdır. İndi “Əhmədli” yarımstansiyası, “8-ci Kilometr”, “Xırdalan”, “Buzovna”, “Ağ şəhər. Bizim bütün elektrik təsərrüfatımız tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir. Bir sıra layihələr başa çatıb, ancaq hələ görüləsi işlər çoxdur, onları da ardıcıllıqla icra edəcəyik”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam