Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

QƏBUL İMTAHANLARINDA YENİ MODEL –Sualların formatı, balların hesablanması dəyişdirildi

meleyke

Gələn tədris ili üzrə ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün imtahan ballarının hesablanması qaydası dəyişsə də, ali məktəbə qəbul üçün maksimal bal yenə də 700 bal olacaq.

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, abituriyent bu balın 300-nü buraxılış imtahanı zamanı, 400-nü isə qəbul imtahanlarında toplaya bilər: “Balları cəmləşdirəndə ali məktəbə qəbul üçün maksimal bal yenə də 700 olur. Yeni model ictimaiyyətə bir qədər əvvəl təqdim olunub. Məlumdur ki, qəbul imtahanında hər bir ixtisas qrupu üzrə 5 imtahan fənni təqdim olunur. Gələn il üçün isə isə imtahan fənlərinin sayı azaldılaraq 3-ə endirilib. Sualların tərkibində müəyyən dəyişikliklər olacaq. Bu isə ölkədə tədbiq olunan kurikulum sistemindən irəli gəlir”.

DİM sədri əlavə edib ki, sualların təqdim olunma formatı da dəyişdiriləcək, yəni, daha çox açıq tipli suallar, eləcə də tək biliyi deyil, bacarıqları ölçən suallar tərtib olunacaq: “Keçən ilin yazında bu modelə uyğun sınaq imtahanı keçirilib. Bu imtahan 11-ci sinfin proqramına əsaslanırdı. Həmin imtahanın nəticələrini Təhsil Nazirliyi ilə birgə müzakirə etdik. Yəqin ki, oktyabrın sonu-noyabrın əvvəlində 10-cu sinfin proqramı çərçivəsində belə sınaq imtahanı yenə keçirməyi planlaşdırırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam