Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Turan xanım”dan təhsil nazirinə sərt sözlər:Faşist... - Video

 40 milyon Azərbaycan türkünün qırmızı xətti türk dili, Azərbaycanın qarış-qarış torpağı və onun milli kimliyidir.

Yenixeber.org: Bu sözləri Güney Azərbaycanın milli-mədəni fəalı, xanım Xədicə Hejəbri İran təhsil nazirinin irqçi açıqlaması haqda deyib. “Turan xanım” adı ilə tanınan fəal təhsil nazirinin qeyri-fars dillərinə qarşı irqçi açıqlamasına yaydığı bir video vasitəsi ilə cavab verib:

“Bizə bölücü və pantürkist deyirlər, lakin biz nə bölücü, nə də pantürkistik. Biz kimliyimizi tələb edirik. Övladlarımızın ana dilində təhsil almasını istəyirik. Mən buradan təhsil nazirinin faşistcəsinə verdiyi açıqlamanı qınayıram”.

Əlində 3 cild “Ana dili” kitabı tutan Xədicə Hejəbri sözlərini “Yaşasın Azərbaycan”, “Yaşasın ana dili” və “Yaşasın türk dili” şüarları ilə yekunlaşdırıb.

Qeyd edək ki, İranın Təhsil naziri Məhəmməd Bəthayi ölkənin təhsil müəssisələrində qeyri-fars dillərinin tədrisinin İran üçün təhlükəli olduğunu demişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam