Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

VHP-dən İran hökumətinə sərt etiraz

 

Vətəndaş Həmrəyliyi Partiyası İran televiziyalarından birində Azərbaycan türklərinin təhqir olunması faktı ilə bağlı bəyanat yayıb. Bəyanatda İran hökumətindən bu kimi aşağılayıcı, təhqiramiz siyasətini dayandırması, Azərbaycan türklərinə ana dilində təhsil alması, mədəniyyətini açıq şəkildə təbliğ etməsi üçün şərait yaratması tələb olunur. 

 

Xeberinfo.com:   Həmin bəyanatın tam mətnini təqdim edirik:

“Noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan “Fitilə” adlı komediya verilişində diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağının təsvir edilməsi fars rejiminin Azərbaycan türklərinə qarşı münasibətinin bariz nümunəsidir. Bir komediya verilişində türklərin bu cür aşağılanması təsdiqləyir ki, farsların türkləri düşünülmüş surətdə aşağılamaq, onlar haqda barbar təsəvvürü yaratmaq çabaları davam etməkdədir. 

1925-ci ildə min illik türk xanədanına son verməklə ələ keçirdikləri hakimiyyətin “ari irq” illüziyası - nasistlərin ideoloji dəstəyi ilə qurduğu Pəhləvinin sistemi indi də islam pərdəsi altında fars şovinistlər yürütməkdədirlər. Bu, İran kütləvi informasiya vasitələrində ilk belə təhqir deyil. Zaman-zaman türklərin guya şəhərə gəlməsi ilə “insana döndükləri” və yaxud onların hansısa heyvanla müqayisəsi daimi siyasətin - türkləri aşağılamaq, təhqir etmək, onları dövlət idarəetməsindən ayırmaq, təhsilsiz qoymaq siyasətinin tərkib hissəsidir. 

Türklərin ana dilində təhsil almasına imkan verməyən, onların dövlət idarəçiliyində iştirakını məhdudlaşdıran, milli varlıq kimi türkləri yox etmək istəyən fars rejimi anlamalıdır ki, İrandakı 16 milyonluq fars 40 milyonluq türkü assimilyasiyaya məruz qoya bilməz. Min il İranı idarə edən, dünyada 150 dövlət, 18 imperiya quran, hazırda dünyada 7 müstəqil dövlətə, 30-dan artıq muxtar quruma sahib 300 milyondan artıq bir etnosu bu şəkildə aşağılamaq İranın sonunu gətirmək deməkdir. 

VHP olaraq indiki İran hökumətindən bu aşağılayıcı, təhqiramiz siyasətini dayandırmasını, Azərbaycan türklərinə ana dilində təhsil alması, mədəniyyətini açıq şəkildə təbliğ etməsi üçün şərait yaratması tələb edirik. Çünki bütün bunların olmaması yaxın müddətdə İranın fars rejiminin devrilməsi və İran adlanan bu ərazidə yaşayan xalqların tarixi dövlətlərini bərpa etməsi ilə nəticələnəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam