Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ölkə üzrə savadlılıq səviyyəsi açıqlandı -RƏSMİ

 

tehsil-nazirliyi-bina (1)

“Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhalinin savadlılıq, ibtidai təhsilə nail olma, ibtidai təhsili başa vurma səviyyəsi, eyni zamanda I sinifdən başlayaraq V sinfə qədər təhsilini davam etdirən şagirdlərin xüsusi çəkisi demək olar yüz faizə çatıb”. 

Yenixeber.org:  Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.
Onun sözlərinə görə, Azərbaycanda qeyd olunan istiqamətdə nəzərdə tutulan hədəflərə artıq nail olunub: “Son illərdə müsbət demoqrafik vəziyyət nəticəsində Azərbaycanda birinci sinfə gedən şagirdlərin sayında ciddi artım müşahidə olunur. Əgər 2013-cü ildə belə şagirdlərin sayı 138 min nəfər idisə, hazırda onların sayı 165 min nəfərdir. Ümumlikdə şagirdlərin sayında da artım müşahidə olunur. Əgər 2013-cü ildə orta məktəblərdə 1 milyon 280 mindən artıq şagird təhsil alırdısa, bu gün onların sayı 1 milyon 470 mini ötüb”.
F.Qədirov növbəti ilin yanvarından diaqnostik qiymətləndirmədən keçən daha 50 min müəllimin əmək haqqının artırılacağını da bildirib: “Azərbaycanda bir neçə il əvvəl məktəbəqədər təhsil səviyyəsi çox aşağı idi. Son iki ildə aparılan siyasət nəticəsində 5 yaşlı uşaqların 55 faizini təhsilə cəlb etmək mümükün olub. Bu il ali məktəblərin bakalavriat və magistr səviyyəsinə qəbul olunanların sayı 40 minə yaxın oldu. İndiyədək bu sayda gənc ali məktəblərə daxil olmaq imkanı əldə etməyib. Ümumilikdə son üç ildə 500-dən çox bal toplayanların sayı 19 faiz, 600-dən çox bal toplayanların sayı isə 32 faiz artıb”.
Nazirlik rəsmisi vurğulayıb ki, Dövlət Proqramı çərçivəsində bu günə qədər 3558 nəfər gənc xarici ölkələrin ən nüfuzlu universitelərində təhsil almağa göndərilib: “Onlardan 1470 nəfəri artıq məzun olub. Onlar bu gün əldə etdikləri təcrübə və biliyi Azərbaycanın ali məktəblərində gənclərə öyrədirlər”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam