Redaktor seçimi
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Günün xəbəri

Ağdam, Laçın, Füzuli və Tərtərdə modul tipli 8 məktəb quraşdırılacaq- SİYAHI

Ağdam, Laçın, Füzuli və Tərtərdə modul tipli 8 məktəb quraşdırılacaq

 

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb

 

Yenixeber.org: Sərəncamda qeyd olunur ki, Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında cəmi 444 şagird yerlik modul tipli 8 məktəbin quraşdırılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 590 000 manatı Təhsil Nazirliyinə ayrılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Sıra №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Ağdam şəhər 85 nömrəli 96 şagird yerlik modul tipli köçkün tam orta məktəbin quraşdırılması

425 000

2

Tərtər rayonu Kovdadıq kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

3

Tərtər rayonu Zolgəran kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

4

Füzuli şəhər 24 nömrəli 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

330 000

5

Füzuli şəhər 20 nömrəli 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

390 000

6

Laçın rayonu Ağbulaq kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

330 000

7

Laçın rayonu Sonasar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

8

Laçın rayonu Katos kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

Cəmi

2 590 000

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam