Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nobel mükafatçılarından Ərdoğana sərt məktub:“Türkiyə azad dünyanın üzvü ola bilməyəcək”

 

"Sevimli Prezident Ərdoğan, ifadə azadlığı sahəsində öndə gələn adamların, yazıçıların və mütəfəkkirlərin qanunsuz həbsi kimi hadisələrin Türkiyə Cümhuriyyətinə, onun etibarına, vətəndaşlarının şərəf və rifahına ziyan vurduğunu diqqətinizə çatdırmaq istəyirik".

Yenixeber.org: Nobel mükafatı laureatı olan 38 yazarın Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğana yazdığı açıq məktub bu cümlələrlə başlayır.

“Guardian” qəzetində dərc olunan həmin məktubda vurğulanır ki, Türkiyə "məhbus yazıçıları sərbəst buraxıb, hüququn aliliyinə geri qayıtmayana qədər azad dünyanın bir hissəsi ola bilməyəcək”.

 Avropa Şurasının İnsan Haqları üzrə komissarı Nils Muiznieksin ötən il Türkiyədə söz azadlığının vəziyyəti ilə bağlı etdiyi xəbərdarlığa da yer verilən məktubda bidirilir: "Muznieksin xəbərdarlığının ən bariz dəlili Əhməd və Mehmet Altan qardaşları ilə Nazlı Ilıcakın gözaltına alınması və ümumiyyətlə, 15 İyuldan sonra yaşanan bu kimi həbslər dalğasıdır”.

 

 Altan qardaşları və jurnalist Nazlı Ilıcakın mühakimə olunduğu məhkəmədə təqdim edilən sübutların "əsassız"lığını iddia edən Nobel mükafatçıları qahmar çıxdıqları həmkarlarının bütün karyeraları boyunca çevrilişlərə və militarizmin hər növünə qarşı olduqlarını bildiriblər. Buna baxmayaraq, onların yenə də silahlı terror təşkilatına üzv olmaqda və çevriliş təşəbbüsündə iştirak etməkdə  günahlandırıldıqlarını xatırladıblar.

Türkiyənin Konstitusiya Məhkəməsinin də bu iddiaları dəstəklədiyi irəli sürülən məktubda bunun dəlili olaraq, həmin ali hüquq orqanının 11 yanvar tarixində Mehmet Altan və jurnalist Şahin Alpayın hüquqlarının pozulduğunu etiraf edən hökmü xatırladılıb. Buna baxmayaraq, daha aşağı məhkəmə instansiyasının Konstitusiya məhkəməsinin qərarını yerinə yetirməkdən imtina etdiyi, beləcə, Anayasanın pozulduğu vurğulanan məktubda deyilir: "Cənab Prezident, aşağı instansiya məhkəməsinin ən ali məhkəmə orqanına meydan oxuması və qəbul etdiyi qeyri-qanuni qərarın hökumətinizin sözçüsü tərəfindən də dəstəklənməsi narahatlıq doğurur”.

 

Məktubda Prezident Ərdoğana oxuduğu şeir görə həbs edildiyi də xatırladılır: "Bu, ədalətli olmayan, hüquqdan uzaq və zalım bir qərardı. Sizi o vaxt müdafiə edən insan hüquqları təşkilatları hazırda ölkənizdə baş verən qanunsuzluqlar qarşısında təəccüblənirlər.

Laureatlar məktublarında Ərdoğanın 2 Fevral 2009-cu ildə Çətin Altan şərəfinə keçirilən bir mərasimdə söylədiyi fikirlərdən də sitat gətiriblər: ““Türkiyə artıq böyük yazıçılarını həbsə atan köhnə Türkiyə deyil. O dövr artıq əbədiyyən geridə qalıb”-deyirdiniz. O gün sizi dinləyənlər arasında Çətin Altanın iki oğlu Əhməd və Mehmet də vardı. Həmin hadisədən doqquz il sonra isə həmin qardaşların özləri ömür boyu həbsə məhkum olundular. Bu köklü bir təzad deyilmi?”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam