Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Məzun günü təntənə ilə qeyd olundu -Bakı Slavyan Universitetində (FOTOLAR)

 

         Bu gün Bakı Slavyan Universitetində (BSU) məzun gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

         Yenixeber.org: BSU əməkdaşlarının, valideynlərin,  magistrant və tələbələrin iştirak etdiyi tədbir universitetin birinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin heykəlinin önünə əklil qoyulması ilə başlayıb. 

         Sonra BSU-nun Akt zalında Azərbaycan Respublikasının himni səsləndirilib.  BSU-nun rektoru, professor Nurlana Əliyeva qonaqları tədbir iştirakçılarına təqdim edərək onların arasında 1997-ci ildə universiteti bitirən məzunların da olduğunu bildirib. Magistrant və tələbələri məzun adı qazanmaları münasibətilə təbrik edən rektor onlara gələcək fəaliyyətlərində Bakı Slavyan Universitetinin adını uca tutmağı və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verməyi  tövsiyə edib.

       

O, gənclərin üzərində böyük əməyi olan valideynləri və müəllimlərə də öz minnətdarlığını bildirib.

        Daha sonra dörd il ərzində təhsildə yüksək nailiyyətlərinə və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən 62 nəfər məzuna “Fəxri Məzun” diplomu və xatirə hədiyyələri təqdim edib.

Tədbir geniş konsert proqramı ilə davam edib. Konsertdə universitetin “Arzu” rəqs ansamblının təqdimatında rəqslər nümayiş olunub, tələbələrin ifasında mahnılar ifa edilib.

Əsgər gedəcək məzunlar əsgər marşı, şeir və vətənpərvər ruhlu mahnılardan ibarət maraqlı kompozisiya təqdim ediblər. Sonda məzunların ifasında “Əlvida BSU” mahnısı ilə konsert proqramı başa çatıb.

       

   Qeyd edək ki, bu il Bakı Slavyan Universitetindən bakalavriat səviyyəsi üzrə əyani təhsil alan 729, qiyabi təhsil alan 48 tələbə və magistratura səviyyəsi üzrə 79 magistrant məzun olub.

BSU-nun Mətbuat xidməti

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam