Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Təhsil İdarəsindən məktəblərdə Yeni il şənliklərinin keçirilməsi ilə bağlı açıqlama– VİDEO

Təhsil İdarəsindən məktəblərdə Yeni il şənliklərinin keçirilməsi ilə bağlı açıqlama

 

 

“Bakı məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə bağlı heç bir əmr imzalanmayıb. Nə Təhsil Nazirliyi, nə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən belə bir tapşırıq verilməyib”

 

Yenixeber.org: Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib: “Amma hər hansı bir məktəb bunu dərs prosesi ərzində etməyə cəhd edərsə, bu da dərsdən sonrakı fəaliyyət kimi məktəbdə keçirilən bütün tədbirlər kimi, yalnız dərsdən sonra keçirilə bilər”.

O vurğulayıb ki, məktəblərdə daha çox milli-mənəvi dəyərlərə köklənən bayram şənliklərinin keçirilməsi ilə bağlı xüsusi təbliğat aparılır: "Yeni il şənliyinin keçirilməsi yanvar ayının 1-nə təsadüf edir. Məktəblərdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbirlərin daha geniş miqyasda keçirilməsi daha məqsədəmüvafiqdir".

Məhəbbət Vəliyeva valideynlərin narazılığına səbəb olan birinci dərs saatında bədən tərbiyəsi fənninin keçirilməsinə də münasibət bildirib: Məktəblərdə tədris-pedaqoji fəaliyyətin müvafiq təşkili vəziyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diqqətində olan məsələlərdir. Monitorinq sahəsində nöqsan üzə çıxarıldığı təqdirdə, müvafiq intizam tədbirləri həyata keçirilir. Ümumilikdə şagirdlərin dərs cədvəlləri mütləq sanitar normalara əsaslanmalıdır ki, ümumi tədris-pedaqoji sahəyə cavabdehlik daşıyan direktorun təlim-tərbiyə üzrə müavinləri bu məsələni diqqətdə saxlamalıdır. Heç bir halda birinci saat fiziki tərbiyə dərsinin keçirilməsinə yol verilə bilməz. Apardığımız araşdırmalar nəticəsində bu növ xətalar görəndə təbii ki, biz məktəb rəhbərliyinə bununla bağlı müvafiq göstərişlər veririk".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam