Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İmtahanların pullu olması nəyə xidmət edir?:"Pul siyasətinin tərkib hissəsidir"

Nabatəli Qulamoğlu: “Bunun hamısı qəbul imtahanından dövlətin pul qazanmasına don geydirməyə hesablanıb”

Yenixeber.org:   Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Tarif Şurasının imtahanlarla bağlı müəyyənləşdirdiyi qiymətlərin cari ilə aid olduğunu deyib.
M.Abbaszadənin sözlərinə görə, Tarif Şurasında hər hansı dəyişikliklər olduğu halda, qiymətlərə yenidən baxılması mümkündür. Yəni imtahanın daha da mürəkkəb olması qiymətin artırılmasına təsir göstərdiyi kimi, hər hansı qiymət də dəyişə bilər. Bununla belə, qiymətlərin tənzimlənməsi daimi prosesdir və Tarif Şurası bunu daim nəzarətdə saxlayacaq.
DİM Direktorlar Şurasının sədri bəzi şəxslərin qəbul imtahanını oyuncağa çevirdiyini də deyib. Onun sözlərinə görə, hər il imtahana yazılsa da, iştirak etməyən adamlar var. Bu şəxslər də bəzən imtahana gəlir, bəzənsə gəlmirlər: “İmtahana əyləncə kimi baxan, məsuliyyətsiz yanaşan insanlar da var. Ümüd edirik ki, qəbul edilən qərarlar məsuliyyətsizliyi aradan götürəcək”.
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu Məleykə Abbaszadənin səsləndirdiyi fikirləri qəbul etmədiyini söyləyir. Ekspert imtahanların pullu olacağına hələ keçən ildən hazırlıq görüldüyünü deyir:
“Hər bir abituriyent qəbul imtahanına gəlməklə bəxtini sınayır. Bir-iki nəfər buna məsuliyyətsiz yanaşırsa, onun günahını başqaları niyə çəkməlidir? İmtahana barmaqarası baxanlar üçün başqa metod tətbiq etmək olar. Hər abituriyentə bir şans verilsin və onu pulsuz etsinlər. İkinci dəfə isə imtahan pullu olsun. Məleykə Abbaszadənin dedikləri qəbul imtahanından dövlətin pul qazanmasına don geydirməyə hesablanıb. Bu məsələ dövlətin apardığı pul siyasətinin tərkib hissəsidir”.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam