Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məleykə Abbaszadə Dünya Bankının təhsil missiyasının üzvlərini qəbul edib

 

 

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Dünya Bankının Azərbaycana səfər etmiş təhsil missiyasının üzvlərini qəbul edib.

 

Yenixeber.org: DİM-dən verilən xəbərə görə, görüşdə təhsil missiyasının üzvləri - Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin baş iqtisadçıları İqor Xeyfets və Katia Herrera Sosa, həmçinin DİM-in Direktorlar Şurasının sədrinin müavini Namiq Babayev, Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq ƏliyevStatistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinin müdiri Oleq Şelaqinov, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin müdiri Çingiz Xəlilov, Strateji inkişaf şöbəsinin müdiri Fuad Mayılov da iştirak edib.

 

Təhsil missiya Azərbaycanın hökumət tərəfdaşları ilə ali təhsil sektorunun ölkənin iqtisadi inkişafına töhfəsinin gücləndirilməsi imkanlarını müzakirə etmək və sektorun innovasiya və özəl sektorun inkişafı üçün hazırlığını qiymətləndirməyə təşəbbüs göstərmək məqsədi daşıyır.

Missiya öz səfəri çərçivəsində Dünya Bankının hamı üçün təhsil imkanlarının yaradılması və ölkənin təhsil sisteminin gücləndirilməsinə yardım etmək məqsədi daşıyan “Daha Yaxşı Təhsil Nəticələri üçün Sistem Yanaşması” (SABER) təşəbbüsü çərçivəsində Ali Təhsil və Biznes İnkubatorları üzrə Məsləhət proqramı və Uşaqların Erkən İnkişafı siyasətinin SABER təhlili üzrə metodologiyanı təqdim edib.

 

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə öz növbəsində DİM-in yaradılması, fəaliyyəti, biliyin qiymətləndirilməsi sahəsində DİM-in ölkədə rolu barədə görüş iştirakçlarına ətraflı məlumat verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam