Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Təhsil oliqarxların «işğalında» -Beyləqanda

 

Mikayıl Cabbarovun bacara bilmədiyi təhsil müdirəsi

 

Xeberinfo.com:   Bir milləti məhv etmək üçün onun təhsilini və mədəniyyətini əlindən almalısan. Gələcəyimiz olan gəncliyimizin sağlam yetişməsi üçün hələ ibtidai təhsildən tutmuş orta təhsilə və daha sonra ali təhsil və sairə sağlam təməl üzərində köklənməlidir. Aristotelin “Təhsilə kölə mənbəyi kimi baxan insan kölədir” məşhur ifadəsi heç də təsadüfi işlənməyib. Ümumilli liderimiz Heydər Əliyevin də “müəllimdən yüksək ad tanımıram” deməsi burada özünü tamamlayır. Bü güm Azərbaycan təhsilində baş verən bir sıra qanun pozuntuları belə deməyə əsas verir ki, “təhsilimiz məqsədli şəkildə mənəvi terrorun qurbanıdır”.

Beyləqan təhsili oliqarxların «işğalında»

Son vaxtlar ölkənin onlarca mətbuat orqanlarında Beyləqan rayon təhsilinda baş verən qanunsuz əməlləri əhatə edən yazılar silsilə şəkilində dərc edilməkdədir. Amma nədənsə bu nüans Təhsil Nazirliyinin baş bilənləri tərəfindən qulaqardına vurulur. Görəsən səbəb nədir ki, barəsində çox ciddi cinayət xarakterli əməllərin sahibi qismində informasiyalar qolaşan Xuraman Rüstəmovaya qarşı niyə bir ölçü götürülmür?Barəsində kifayət qədər əsasları olan məqamlar dərc edilməyinə baxmayaraq ona qarşı heç bir tədbir görülməməsi olduqca təəssüfləndirici bir haldır.

«İLİN ƏN YAXŞI MÜƏLLİMİ»

Bir fakta diqqət yetirək:«... Rüstəmova Xuraman Müzəffər qızı zərif cinsin nümayəndəsi olsa da, bəzi dəqliqanlı kişilər kimi başı çox vaxt qovğada olub. Hələ, 1988-ci il tarixində Beyləqan rayon 1 saylı orta məktəbdə sinif müəlliməsi işlədiyi vaxt başqa bir həmcins həmkarı ilə dava eləyib. İnsident o qədər dərin olub ki, haqsız tərəf – Xuraman Rüstəmova məktəbin pedaqoji şurasının və məktəb həmkarlar təşkilatının məktubu əsasında məhkəmə qərarı ilə tərbiyyəndirilməsi üçün 1 saylı orta məktəbdən 3 saylı məktəbə göndərilib. Bundan sonra şəhər 3 saylı orta məktəbində sinif müəlliməsi kimi pedaqoji fəaliyyətini davam etdirir. Nə qədər qəribə olsa da bu təhsil müəssisəsində Xuraman Rüstəmovanın işləri təəccüb doğuracaq dərəcədə yaxşı gedib. O, artıq 2006-cı ildə məktəbin direktoru vəzifəsinə irəli çəkilib. Ona «İlin ən yaxşı müəllimi» daha sonra da «Respublikanın əməkdar müəllimi» fəxri adları verilir. Rayonun tərəqqipərvər təhsil işçiləri bu fenomeni Xuraman Rüstəmovanın öz üzərində çalışması ilə deyil, rayonun sabiq təhsil şöbəsinin müdiri Fazil Abbasovla yaxın qohumluq münasibətləri ilə əlaqələndirirlər. Hansısa “xidmətlərinə” görə irəli çəkilən Xuraman xanımın əvvəlki iş yerində imza atdığı XÜLİQANLIQ hərəkəti məqsədli şəkildə «unudulub».
Ancaq yalanın ömür qırx gün çəkər, deyiblər. Adiçə bir əmək kitabcasına qeydlər etməyə savadı çatmayan X. Rüstəmova rəvac verdiyi sonrakı neqativ hallara görə “şiddətli töhmət” və axırıncı xəbərdarlıq alıb».

Hələ 2010-cu ilin oktyabr ayının əvvəlində, müəllimlərin peşə bayramına 5 gün qalmış Təhsil naziri ötən dərs ilində IX və XI siniflərin məzunları üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanlarının nəticələrini əsas tutaraq İmtahan prosesində öz vəzifələrinə məsuliyyətsiz yanaşdığı və ciddi nöqsanlara yol verdiyi üçün o vaxt Beyləqan şəhər 3 saylı orta məktəbdə direktor vəzifəsində işləyən Rüstəmova Xuraman Müzəffər qızına mövcud qanunvericiliyə uyğun intizam tənbehi - sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdi. 

«FENOMEN TƏHSİL MÜDİRƏSİ»

Sonradan baş verən inanlmaz dəyişikliklər nəticəsində X. Rüstəmova nəinki şiddətli töhmətdən nəticə çıxarmağa özündə güc tapdı, hətta karyerada yüksəliş edərək, 2016-cı ilin may ayında Beyləqan icra başçısının təqdimatına əsasən rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə irəli çəkildi. Baxmayaraq ki, barəsində ictimai rəy mənfiyə doğru dəyişir, hətta o, nurçularla iş birliyində əlaqələndirilirdi. Təkcə internet resurslarında X. Rüstəmova barəsində axtarış etmək və saytlardakı xəbər başlıqlarına göz atmaq kifayətdir ki, RTŞ müdirinin fəaliyyətinə necə qiymət verilməsi haqda təsəvvürlər dəqiqləşsin. Gəlin, həmin sərlövhələrə bir də nəzər salaq: "Təhsil Şöbəsinin müdiri Vaqif Abdullayevin adından pul yığır..."; "Beyləqan təhsili qan ağlayır"; "Təhsil terrorçusu: Xuraman Rüstəmova Beyləqan təhsilini..."; "Şok: Təhsil müdirəsi Xuraman Rüstəmovanın keçmişdəki biabırçılığı..."; "Vaqif Abdullayevin son "tryuk"u - Mikayıl Cabbarovun kadrı Beyləqan əhallisinə niyə acıq verir?" və s.

Göründüyü kimi, "Sonolay.org" X. Rüstəmovanın qanunsuz əməllərini ifşa edən birinci və axırıncı KİV deyil. Lakin təəssüflər olsun ki, bütün bu tənqidi məqalələrdə ehtiva olunan məsələlər nə rayon rəhbərliyi, nə Təhsil Nazirliyi, nə də inzibati orqanlar tərəfindən araşdırılmayıb, X. Rüstəmovanın rəvac verdiyi qanunsuzluqlar hüquq müstəvisində təhqiq olunmayıb. 

«Aylarla dərsə gəlməyən müəllimlər, hərif tanımayan şagirdlər»

«Sonolay.org» xəbər verir ki, Beyləqanın bəzi kənd məktəblərində hərif tanımayan, cəmiyyətin sosial həyatında baş verən ən adı hadisələri belə izah etməyə çətinlik çəkən, ölkəmizin suverenliyini atribut və rəmzlərindən xəbərsiz olan uşaqlar vardır. Ucqar kəndlərdə aylarla dərsə gəlməyən şagirdlər, həftələrlə işə çıxmayan müəllimlər vardır. Əlbətdə, mühüm göstərici olam davamiyyətin aşağa olduğu yerdə təqdirəlayiq fəaliyyətdən danışmaq yersizdir.
Bü gün ümumi təhsilimizdə baş verən neqativ halların demək olar ki, hammısına beyləqan təhsilində rast gəlinməkdədir.
«Sonolay.org» olaraq bu günə qədər Beyləqan rayon təhsilində baş verən neqativ hallarla bağlı konkret faktlara əsaslanan çoxsaylı məqalələr dərc etmişik. Həmin sadaladığımız neqativ halların sırasına hələ çox əlavələr etmək olar. Ancaq bu sırada başda olan ən böyük naqislik budur ki, Beyləqan rayon Təhsil Şöbəsində, konkret olaraq, şöbə müdiri Xurama Rüstəmova öz vəzifəsinin öhdəsindən gələ bilmir. RTŞ-nin metodi mərkəzi əhmiyyətsiz quruma çevrilib. Şura iclaslarında qəbul olunan qərarlar kağız üzərində qalır.
Etibarlı qaynağımızın «Sonolay.org»-a verdiyi məlumata görə, müəllimlərin işə götürülməsində, yaş sezinin tətbiqində “fərdi-yanaşma” məsələsində, habelə, maraq üzrə kursların təşkili və başqa müstəvilərdə də ciddi nöqsanlar mövcuddur. Vəziyyətin acınacaqlı olmasından narahat olan tərəqqipərvər təhsil işçiləri yuxarı instansiya rəhbərlərinin bu məsələlərə bir əncam çəkmədiklərindən gileylidirlər.

P.S. Yəqin ki, bu yazıdan sonra həm Respublika Baş prokurorluğu, həm RİH-nin başçısı, həm də Təhsil Nazirliyi Xuraman Rüstəmovnın qanunsuz əməlləri barədə ciddi ölçülər götürəcəklər. RİH rəsmilərinin biri barədə mətbuatda sifarişli yazılar dərc etdirməyin nə demək olduğunu ona dərk etdirəcəklər. Bu yerdə “öz gözündə tiri görməyən, başqasının gözündə çöp axtarır” məşhur ifadəsi yada düşür.Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

 

Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam