Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

6 prorektor işdən çıxarıldı -Qafqaz Universitetində

Qafqaz Universitetinə yeni rektor təyin olunandan indiyədək 20-yə yaxın əməkdaş işdən azad olunub.

Xeberinfo.com:    Ali məktəbin rektoru Havar Məmmədov APA-ya deyib ki, əməkdaşlar funksional vəzifələrini yerinə yetirməməsi, işinə uyğun gəlməməsi və digər səbəblərdən öz ərizələri əsasında çıxarılıblar. H. Məmmədov qeyd edib ki, onların arasında işində verdiyi müəyyən nöqsanlara görə 5-6 mühafizə işçisi, 2 komendant, kadrlar şöbəsinin müdiri var. İki nəfərin ixtisara düşdüyünü deyən H. Məmmədovun sözlərinə görə, universitetdə struktur dəyişiklikləri də edilib: “Həmin vaxta kimi ali məktəbdə 9 prorektor olub. Bu sayda prorektor heç Moskva Dövlət Universitetində yoxdur. Universitetdə aparılan struktur dəyişikliyi nəticəsində onlardan 6-sı işdən çıxarılıb və bu gün 3 prorektor işini davam etdirir. Bu vaxta kimi kənardan yalnız 2 işçi və özümə müşavir gətirmişəm”.

Rektor vurğulayıb ki, mövcud nizamnaməyə əsasən, bakalavr təhsili alan tələbələr universitetdə yalnız köməkçi heyətdə-laborant, baş laborant, mühəndis və digər işlərdə çalışa bilər, müəllim kimi dərs deyə bilməz. Amma Qafqaz Universitetində bakalavr təhsili alan gənclər müəllim kimi işə götürülüb və bu gün onların sayı 30 nəfərə yaxındır: “Həmin gənclərlə mütəmadi görüşlər keçirilir, vəziyyət izah edilir. Onlardan 13-ü universitetdə fəaliyyət göstərməklə yanaşı, magistratura pilləsində təhsil alır. Bu günə kimi həmin müəllimlərin heç biri işdən çıxarılmayıb və Yeni ildə də onların işdən çıxarılması nəzərdə tutulmur, sadəcə universitet daxilində təhsillərinə uyğun şərait yaradılacaq”.

H. Məmmədov ali məktəbin yataqxanalarındakı vəziyyətlə bağlı bildirib ki, 200-ə yaxın tələbənin qaldığı 2 yataqxanada (qızlar və oğlanlar üçün ayrı) bütün lazımi şərait yaradılıb, onlar gündə 3 dəfə yeməklə təmin olunurlar. Universitetin əlavə yataqxanasının tikilməsi gündəmdə deyil: “Gələcəkdə yeni yataqxananın tikintisi nəzərdə tutulur. Amma bu gün gündəmdə ali məktəb üçün əlavə tədris korpusunun tikilməsi var. Keçmiş rəhbərlik bu işə başlasa da, yarımçıq qalıb. 2017-ci ildə yeni korpusun tikintisi davam etdiriləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam