Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Məktəbəqədər hazırlıq üçün pul yığılır - ŞOK FAKT

Məktəbəqədər hazırlıq üçün pul yığılır - ŞOK FAKT

 

Təhsil naziri Mikayıl Cabbarovun məktəbəqədər hazırlıq layihəsi ilə bağlı problemlər yaranıb.
Xeberinfo.com:  Artıq onlarla valideyn bu hazırlıqdan imtina edib.
Məktəbəqədər hazırlıqla bağlı bütün məktəblərdə işləmlər başlansa da, sonradan bəlli oldu ki, əksər məktəblərdə uşaqların sayı az olduğu üşün hazırlıq təxirə salınıb. Bu faktı Bakı şəhəri üzrə Təhsil İdarəsdi açıq şəkildə elan etdi. 
Mediafax.Az-ın araşdırmalarına görə, valideynlərin hazılıqdan imtina etməsinin səbəbləri bəlli olub. Belə ki, Bakı şəhərinin bütün məktəblərində direktorların konkret tapşırığı ilə hər uşağın hazırlaşması üçün ayda 20 manat pul istənilib. İlk günlər bunlar açıq formada biruzə verilməsə də, sonradan konkret tələb kimi qoyulub. Buna etiraz edən valideynlər uşaqlarını hazırlıq kurslarından uzaqlaşdırlamlı olublar. Hazırda 100-lərlə valideyn kurslardan imtina edib. 
Daha bir maraqlı fakt isə, rus bölməsi üzrə aparılan məşgələlərdir ki, burda vəziyyət daha da biabırçıdır. Uşaqların səmərəli hazırlaşması üçün hər sinifdə 30 uşağın təhsil alması nazirlik tərəfindən şərt olaraq qoyulub. Amma sonradan hər sinifdə uşaqların sayı 35, hətta 40-a qaldırılıb. Valideynlərə "yerimiz yoxdur" deyən direktorlar sonradan 200 manat pul alaraq qruplara əlavə uşaqlar qəbul ediblər. Rus dilindən anlayışı olmayan uşaqlar hazırlıq kurslarına yazılsa da valideyninin ikisi də rus dilli olan uşaqlar kənarda qalıb. Bu isə haqlı narazılıqla qarşılanır.
Konkret olaraq belə bir fakta Xəzər rayonu, Buzovna qəsəbəsi İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbdə rast gəlmək olar. Məktəbdə 2 rus bölməsi fəaliyyət göstərir. Sənədlərə görə, hər bölmədə 30 uşaq hazırlıq keçməli olduğu halda faktiki olaraq 33-35 uşaq var.
Yerlər dolubsa, bu uşaqlar əlavə olaraq neçə peyda oldu?  Uşaqların sayının 30-dan 33-35-ə qaldırılmasının qiyməti 250 manatdır. Müəllimlərə "yerimiz dolub" sözünü əzbərlətdirən direktor Natiq Səmədov artıq illərdir belə qayda ilə işləyir. Narazı valideynlər bildirir ki, direktor ilk günlərdən belə rus bölməsi üçün yerlərin dolduğunu deyib. Amma sonradan bəlli olub ki, bu yerlər satılıb.
Bizr sözlə, Mikayıl Cabbarovun daha bir layihəsi özünü doğrultmur. Azərbaycan təhsil sistemində problemlər günü-gündən dərinləşir və buna görə, nazir hələ ki, narahat olmaq istəmir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam