Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Tələbələr üçün təhsil kreditləri dayandırıldı

telebeYeni dərs ilinin başlanması tələbələr üçün yeni qayğılar gətirir.

Xeberinfo.com:  Xüsusilə, bu il ödənişli əsaslarla  I kursa qəbul olunan tələbələrin təhsil haqqını sentyabrda ödəmələri ilə bağlı şərt qoyulub. Gəlirləri azalan və ya işsizlikdən əziyyət çəkən  ailələrin isə həmin məbləğləri ödəmələri mümkün deyil.

Əvvəlki illərdə  aztəminatlı  ailələr övladlarının  təhsilini davam etdirməsi üçün  banklardakı  istehlak və ya tələbə kreditlərindən istifadə edirdilər. Son günlərdə bankların kreditləşməni dayandırması onların vəziyyətini çətinləşdirib.

Fins.az-ın araşdırması göstərdi ki, indi banklarda  tələbələr üçün nəzərdə tutulan bütün məhsulların satışı dayandırılıb.

“Turanbank”dan bildirdilər ki, tələbə kreditlərinin verilməsi dayandırılıb. Məhsulun satışının nə zaman bərpa olunacağı bəlli deyil.

Ötən ilə qədər tələbə krediti verən “Bank of  Baku”, “AGBank” da bu xidməti tələbələrin üzünə bağlayıb.  “Accessbank”, “AFB bank”, “Atabank”, Azərbaycan Beynəlxalq Bankı, “Bank Standart”da isə ümumiyyətlə belə  bir xidmət olmayıb. Ancaq istehlak kreditlərinin tərkibində tələbələrə də kredit ayrılıb.

“Bank Standard”dan bildiriblər ki, bu günədək sırf təhsil kreditləri ayrılmayıb. “Müştərilərə yalnız bir neçə proqram çərçivəsində istehlak kreditləri təqdim olunub. Müştərilər həmin istehlak kreditlərini sərf etməkdə müstəqil olduqları üçün bank tərəfindən həmin kreditlərin təhsil yaxud başqa məqsədlərə sərf olunması barədə heç bir statistika aparılmayıb”.

“Maarifçi” Tələbə Kredit Fondundan isə sorğumuza cavab verilməyib.

Adları çəkilən banklarda ( “Accessbank” istisna olmaqla) kreditlərin verilməsi dayandırılıb . Artıq tələbə valideynləri banklardan əllərini üzüb, başqa   maliyyə mənbəyi axtarışına çıxıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam