Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Quba Şahmat məktəbində “ölü bölmələr”, maaşlar və qohum şəbəkəsi

Quba Şahmat məktəbində “ölü bölmələr”, maaşlar və qohum şəbəkəsi
Qubada fəaliyyət göstərən Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində maliyyə və idarəetmə ilə bağlı ciddi qanun pozuntularının baş verdiyi iddia olunur.
Yenixeber.org: Məlumata görə, məktəbin direktoru Qüdrət İsmayılov vəfat etdikdən sonra direktor vəzifəsinin icrası müvəqqəti olaraq direktor müavini Şöhrət Şirinova həvalə edilib. Lakin iddialara əsasən, bu vəziyyətdən istifadə edən Şöhrət Şirinov məktəbin fəaliyyətində ciddi qanun pozuntularına yol verir.
Bildirilir ki, rayonun müxtəlif kəndlərində guya idman bölmələrinin fəaliyyət göstərdiyi sənədlərdə qeyd olunur. Ancaq yerli sakinlərin sözlərinə görə, həmin bölmələrin əksəriyyəti reallıqda fəaliyyət göstərmir və yalnız kağız üzərində mövcuddur. Buna baxmayaraq, həmin bölmələrdə işlədiyi göstərilən məşqçi-müəllimlərə dövlət büdcəsindən əmək haqqı ayrılır.
İddialara görə, bu müəllimlər arasında direktor əvəzi Şöhrət Şirinovun yaxın qohumları da var. Uzun müddətdir ayrılan maaş vəsaitinin həmin şəxslərlə Şöhrət Şirinov arasında bölüşdürüldüyü bildirilir.
Bununla yanaşı, məktəbdə dərs saatlarının bölüşdürülməsində də ciddi qanun pozuntularının olduğu iddia edilir. Belə ki, Şöhrət Şirinovun istədiyi müəllimlərə normadan artıq dərs saatı yazdırdığı, nəticədə dövlət büdcəsindən ayrılan vəsaitin əsassız şəkildə artırıldığı qeyd olunur.
Mənbələrin sözlərinə görə, bu səbəbdən məktəbdə dərs cədvəlinin də gizli saxlanıldığı və ictimaiyyətə təqdim edilmədiyi bildirilir.
Səsləndirilən iddiaların doğru olub-olmaması müvafiq qurumlar tərəfindən araşdırılmalıdır.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.//(f) Xxeber Xxeber

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam