Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müqaviləsiz iş, “card to card” ödəniş – EDUNSTAZ nəyi gizlədir? -DETALLAR

 

Abituriyent, lisey, xarici dil və MİQ hazırlığı üzrə onlayn dərslər təşkil edən EDUNSTAZ (Instagram səhifəsi: edunest.academy) platforması ilə bağlı səslənən iddialar hüquqi baxımdan bir neçə ciddi məsələni gündəmə gətirir.EDUNSTAZ kimi fəaliyyət göstərən platformada müəllimin iddiasına görə, dekabr ayının əmək haqqı ödənilməyib, yanvarın yarısınadək işləməsinə baxmayaraq ümumilikdə təxminən 1,5 aylıq əmək haqqı qalıb.
Yenixeber.org: Azərbaycan Respublikasının Əmək Məcəlləsi tələb edir ki, işçi ilə işəgötürən arasında davamlı və sistemli əmək fəaliyyəti varsa, əmək müqaviləsi mütləq qaydada bağlanmalıdır.Əmək müqaviləsi olmadan işçi çalışdırılması inzibati məsuliyyət yaradır və ciddi cərimələr nəzərdə tutur.

 
Ödənişlərin “kartdan-karta” (card to card) üsulu ilə həyata keçirilməsi əlavə suallar doğurur:Müəllimlərə ödənilən vəsaitlər rəsmi mühasibat uçotuna daxil edilmədiyi,bu ödənişlərdən gəlir vergisi və sosial ödənişlər tutulmadığı anlamına gəlir.Kursa cəlb edilən tələbələrin ödədiyi vəsaitlər rəsmi dövriyyəyə görəsən necə  salınır?
Azərbaycan Respublikasının Vergi Məcəlləsi-nə əsasən, sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən gəlirlər rəsmi uçota alınmalı və qanunvericiliyə uyğun vergi ödənilməlidir. Nağdsız, lakin qeyri-rəsmi “card to card” dövriyyə vergidən yayınma halı kimi qiymətləndirilir. Burada iki əsas istiqamətdə problem görünür: Əmək münasibətlərinin gizlədilməsi, maliyyə dövriyyəsinin şəffaf aparılmaması.Bu, sadəcə daxili mübahisə deyil — dövlət qurumlarının araşdırmalı olduğu məsələdir.Təhsil sektorunda fəaliyyət göstərən hər bir platforma bilməlidir:müəllimin əməyini gizlətmək, vergidən yayınmaq və hüquqi öhdəliklərdən qaçmaq “onlayn kurs” adı ilə leqallaşdırıla bilməz. Redaksiya olaraq yaxın günlərdə aidiyyatı dövlət qurumlarına rəsmi sorğular ünvanlanılacaq.Əmək münasibətlərinin rəsmiləşdirilməsi, vergi öhdəliklərinin icrası və maliyyə dövriyyəsinin qanunauyğunluğu ilə bağlı onların mövqeyini öyrənəcəyik.

Əgər iddialar təsdiqini taparsa, bu, artıq lokal narazılıq deyil — dövlət nəzarətini tələb edən ciddi hüquqi məsələ olacaq.(mediatv.az)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam