Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

145 saylı məktəbdən NARAZILIQ:İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?

Bu gün Nizami rayonu Eldar Quliyev adına 145 saylı tam orta məktəbə istilik verilməyib.

Yenixeber.org: Bu barədə redaksiyamıza övladları həmin məktəbdə oxuyan valideynlər bildiriblər.

"Bugünkü soyuqda iki uşağım donmuş vəziyyətdə evə gəliblər. Siz təsəvvür edirsiniz, sinif bumbuz olub. Deyirlər, guya borularda problem var. Əslində hər il ayın 15-dən  məktəblərə istilik verilirdi. COP 29-a görə uşaqlar dərsə getmirdilər, bu gün ilk dəfə tətildən sonra məktəbə döndülər, o da belə. Bu neçə gündə niyə istilik problemi həll olunmayıb ki?! Uşaqlar bir gün məktəbə getməyən kimi arayış tələb edirlər. İndi bu soyuqda kim zəmanət verəcək ki, bizim uşaqlar məktəbdəki soyuğa görə xəstələnməyiblər. Biz uşaq olanda məktəbdə istilik olmayanda direktor üzrxahlıq edib, uşaqları evə buraxardı. İndi uşaqların halına yanan da yoxdur".

Qeyd edək ki, valideynlərin şikayəti ilə bağlı həm məktəb rəhbərliyinə, həm də Azəristiliktəchizat” ASC-ə  müraciət etdik.

Sorğumuz cavablandırıldığı təqdirdə məlumat verəcəyik.(musavat)

Afaq Mirayiq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam