Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Xırdalan 2 saylı məktəbdə təmir adı ilə pul yığılır


Abşeron rayonu, Xırdalan şəhəri, 2 saylı tam orta məktəbdə təmir adı ilə pul yığılır.

Yenixeber.org: Məlumata görə, məktəbin təmir olunması üçün hər valideydən 3,50 manat tələb olunub. Bu da valideynlər arasında narazılığa səbəb olub. 
Onların sözlərinə görə, məktəblərin təmiri dövlət vəsaiti hesabına həyata keçirilir. Hazırda 2 saylı məktəbdə 6 min şagird təhsil alır. Bu da o deməkdir ki, hər valideynin verdiyi pulla ortaya ciddi bir məbləğ çıxır. 
Təbii ki, məktəb direktorunun valideynlərdən təmir adı ilə pul yığması özfəaliyyət deyil. Əgər belə olsaydı, dərhal Abşeron-Xızı Regional Təhsil İdarəsi araşdırma aparardı. Ancaq tam əksinə olduğu görünməkdədir. 
Belə ki, regional təhsil idarəsinin rəhbəri İlhamə Abdullayevanın təlimatı və göstərişi əsasında bu pulun yığılması şübhə doğurmur. Ümumiyyətlə, İlhamə Abdullayeva bu vəzifəyə gəldiyi gündən Abşeron məktəbləri daha da bazara dönüb.(anaxeber.info)

Qarşı tərəfi dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam