Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT -FOTOLAR+VİDEO

Ağcabədi
Ağcabədi rayonu, Boyat kənd Uşaq Musiqi Məktəbinin müəllimləri - Qarayev Şamil İlham oğlu və Qarayev Ramil İlham oğlu - tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. 
Yenixeber.org: Şikayətçilər saytımız vasitəsilə Prezident İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyəvə və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət ünvanlayıblar. Onların müraciətini olduğu kimi dərc edirik:
“Yazıb bildirmək istəyirik ki, müəllim işlədiyimiz Boyat kənd Uşaq Musiqi Məktəbinin direktor əvəzi Əhmədova Şahnaz Seymur qızı, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov və baş mühasib Adilov Zaur Adil oğlu ciddi qanun pozuntuları həyata keçirirlər. Onlar bizim haqlarımızı pozmaqla məşğuldurlar.
Şikayətlərimizdən və etirazlarımızdan qəzəblənən Qalib Həsənov və onun tabeçiliyində olan Boyat kənd Uşaq Musiqi Məktəbinin direktor əvəzi Şahnaz Əhmədova bizi açıq şəkildə təhqir etməkdən və hədələməkdən çəkinmir. Halbuki, onlar çoxsaylı qanun pozuntularına yol veriblər. Həmin faktlardan bəzilərini nəzərinizə çatdırırıq:



1.2021-ci ildən bizim işlədiyimiz Boyat kənd Uşaq Musiqi Məktəbində payız-qış mövsümü üçün ayrılmış yanacaq materialları məktəblərə verilməmiş və sinif otaqlarının qızdırılması demək olar ki, çox yarıtmaz vəziyyətə salınmışdır.

2. Son 5 il ərzində bizim işlədiyimiz məktəblərdə sinif otaqları üçün texniki avadanlıqların (masa və oturacaqların, dərs və dəftərxana ləvazimatlarının verilməsi) və musiqi təminatı yerinə yetirilməmişdir.

3. Dərslərin tarifləşmə üzrə bölgüsü düzgün həyata keçirilmir.

4. Son 5 il ərzində bizim işlədiyimiz məktəblərin əsaslı təmiri həyata keçirilməmiş və büdcədən ayrılan vəsaitin təyinatı üzrə istifadəsi icra edilməmişdir.

Cənab Prezident!

İnanırıq ki, Qarabağ Regional Mədəniyyət İdarəsinin və işlədiyimiz Ağcabədi rayon Boyat kənd Uşaq Musiqi Məktəbinin fəaliyyətinin yoxlanılması üçün qətiyyətli və sərt göstərişlər verəcəksiniz”.
Müəllimlərin şikayəti ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Məsələnin araşdırılacağə bildirildi.(hurriyyet)

Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT
Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT
Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT
Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam