Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

ƏMRULLAYEV, SƏHVİNİ "DÜZƏLTDİ": ALİMİ BLOKDAN ÇIXARDI!-VİDEO

 
Yaxın zamanda, gənc alimimizlə elm naziri arasında, sosial mediada yaşanan maraqlı və əcaib bir dueli, əksəriyyətinizin diqqətdən qaçırdığını qeyd etməliyik. Belə ki, bir neçə həftə öncə, təhsil eksperti Emin Mirzəli, Emin Əmrullayevi işarələyək, ona ciddi suallar vermişdi və paylaşımlar etmişdi.
Yenixeber.org: Bu suallara cavab verə bilməyən cənab nazir isə çıxış yolunu, blok etməkdə görmüşdü. Lakin, Əmrullayev, ya Emin Mirzəlini yetərincə tanımadığı üçün, ya da etdiyi bu avanturist davranışın nəticəsini düşünmədiyi üçün, pis vəziyyətə düşdü! Onun, gənc alimi blok etməsi, bir çox saytlarda və kanallarda yayımlandı, on minlərcə insan tərəfindən izlənildi, yüzlərcə insan tərəfindən qınaqla qarşılandı. 
Nəticədə Əmrullayev, etdiyi səhvi, "düzəltməyə" qərar verdi və alimi blokdan çıxardı. 
Lakin, diletant menecer olan Əmrullayev, anlamırdı ki, blokdan çıxarmaq, bu dəfə başqa bir ajiotaja səbəb olacaqdı və etdiyi əməli, daha çox ifşa edəcəkdi!
Bəli, Emin müəllim, adaşı olan təhsil ekspetini blokdan çıxartdı, lakin bu səfər başqa bir gülüş hədəfinə çevrildi! 
Bəli, artıq məsələ, kanallarda, başqa bir sujetin mövzusuna çevrilib, gündəmə gəlib.
Buna deyərlər-qaş düzəltdiyin yerdə, vurub göz çıxarmaq. Yaxud da, Eşşəyə minmək bir ayıb, düşmək iki ayıb...
Gənc alimin, məşhur Don Kixot obrazına bənzətdiyi Əmrullayev, özü bu obraza oxşamaqdan, deyəsən, məmnundur. Əks halda, bu qədər avanturist, bəsit səhvlərə yol verməzdi!
P.S. Maraqlıdır, görəsən, Emin Mirzəli, yenidən Əmrullayevə suallar verməyə başlasa və onun adını işarələsə, yenə də nazir onu blokamı atacaq?
Bu sualı, cənab nazirin özünə yönəltmək istərdik!
"GƏNC ALİMLƏR" TƏŞKİLATI
Sujeti təqdim edirik:

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam