Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq -İLGİNC


Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN - 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.
Yenixeber.org: Bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilələrin ümumi dəyəri 3 milyon 390 min manat olub.

Elm və Təhsil Nazirliyi “Yeni dərslik və metodik vəsaitlərin hazırlanması” üçün 1 milyon 720 min manat, “Peşə təhsili üzrə dərsliklərin hazırlanması” üçün 1 milyon 60 min manat, “Cambridge University Press” nəşriyyatının 5-ci və 6-cı siniflər üçün “Game Changer” adlı ingilis dili dərsliyi və müəllim vəsaitinin qeyri-müstəsna istifadə hüquqlarının alınması” üçün isə 610 min manat ödəniləcək.
Məlumat üçün bildirək ki, “Edumedia-Azərbaycan” MMC 13 yanvar 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 60 manat olan MMC Nəsimi rayonu, 20 Yanvar, ev 19B, m. 29 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Abasov Orxan Rafiz oğludur.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam